Tumgik
#əxlaq
Photo
Tumblr media
I Muminun surəsi, 61-ci ayə. “Onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq demək, var gücü ilə hər kəs ən yaxşısını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, bir yarış, təqva yarışı var dünyada, inşaAllah. “Heç kimsəyə” Allah bir sirr verir; “güc çatdıracağından çoxunu yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Heç kimə güc çatdıracağından çoxunu Allah yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Allah sadəcə Quran oxuyun deyir əslində. “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Məsələn mən Quran ayələrini izah edirəm, zombilər atalarından qalma batil “din”lərinə geri dönürlər. Xurafatçılar, məzhəbcilər əslində Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Onlar saatlarla xurafat izah edirlər, cahillərdə xurafatları ağzı açıq dinləyirlər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir. “Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı” yəni Quran xaricində bir vəziyyət olsaydı, “heç şübhəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) pozulardı.” Elə indiki dövrdə göylər; ozon təbəqəsi pozuldu. Göylər, yer üzü pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) pozuldu.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş olarıq, lakin onlar öz zikrlərindən üz çevirirlər” deyir. Allah Qurandan üz çevirirlər, deyir. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa sən onlardan muzd istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.” İslam təbliğindən pul qazanmaq haramdır, bunu edən münafiqlərdir. Din ilə bağlı qazanılan pulların hamısı haramdır. İstər molla olsun, istər efirə çıxan bir hoca olsun. İslamda nəzir qutusu da yoxdur. Zəkat birbaşa ehtiyacı olana verilər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır” deyir Allah. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #zəkat #nəzir #təqva #dinipaylasimlar #hədis #Allah https://www.instagram.com/p/CdVvzjTMK0c/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
yagubov · 2 months
Text
Biri ilə münasibətə son qoyduqda, onun bütün sirlərini topla, ürəyində bir yerdə gizlə və unud! Çünki əsl əxlaq münasibət bitəndə bəlli olur.
Morgan Freeman
32 notes · View notes
nesirov · 6 months
Text
“ Əxlaq və namus mövzusu açılanda, yalnızca qadınlardan danışmağa başlayan hərkəs, əxlaqsız və namussuzdur... ”
© Frida Kahlo
48 notes · View notes
laptutagkibildin · 17 days
Text
Adam Philips’ə görə bir şeyi cəzalandırılma qorxusuyla etməməklə, yanlış olduğuna inandığımız üçün etməmək arasında böyük fərq vardır. Yəni günahkarlıq hissi mütləq şəkildə insanın dəyər verdiyi şeylərə dair ipucu sunmur. Bu, sadəcə insanın nədən və kimdən qorxduğuna dair ipucudur deyir Philips və ardınca gözdağından doğan əxlaq əxlaqsızlıqdır deyə əlavə edir.
İçimizdə boğmağa çalışdığımız hər bir hiss, istək zehnimizdə yatar və bizi zəhərləməyə başlayar. Ona görə hiss və istəklərinizi doyunca yaşamağa çalışın.
17 notes · View notes
eminjbrylv · 8 months
Text
Qərbin gözündə "totalitar post sovet" ölkəsi imicindən qurtulmaq, "ənənəvi əxlaq kodeksi bizim dövlət siyasətimizdə yoxdur" imici vermək üçün, LGBT dəstəkçisi sənətçilərin konsertini (Imagine Dragons) təşkil edən iqtidar qurumu nə qədər bu çərçivədə hərəkət etmək istəsə də homofob "qaşınmadan" qurtula bilmir. Konsertdə qrup üzvlərindən biri üzərində LGBT və Trans bayrağı olan gitarını göstərən anda onu göstərən böyük ekranları söndürmüşdülər.
11 notes · View notes
nunuzynlva · 6 months
Text
Dünyaya gözəl övlad gətirməkdən daha vacib olanı, gözəl övlad böyütməkdir. Bir insanın əxlaqı olarsa, onun hər şeyi olar. Əxlaq sadəcə yataqla ölçülən anlayış deyil. Riya, yalan, vəfasızlıq, əli və dili əyrilik, böhtan və bütün mənfi xüsusiyyətlər də əxlaqa daxildir. Ondan əvvəl özünüzü tərbiyə edin. Çünki o hər kəsdən əvvəl sizi görəcəkdir. Sevgi verin ki, sevgi verə bilsin. Yoxsa, övladınız qızdırsa, sevgi üçün yanlış qapıları döyəcək, oğlandırsa, dinclik tapmaq üçün yanlış mühitlərə düşəcək. Səhv səhvi gətirər. Səhv valideyn də səhv övlad böyüdər. Öz eqolarınızı qoyun bir kənara. Ərim mənə baxmadı, arvadım deyingǝn oldu- bunu toya qədər düşünməli idiniz və ya övlada qədər. Övlad varsa, sizin eqolu həyatınız yoxdur. Bəli, "xoşbəxt valideyn xoşbəxt övlad böyüdər" dediyinizi hiss edirəm. Əvvəlcə siz xoşbəxt olun əlbəttə. Amma doğru yolda, doğru üsullarla. Siz onlardan qaçmayın ki, onlar da yanlış yollara qaçmasın. Yanlarında dalaşmaq, ağlamaq yerinə, həmin eqo anlayışınızı bax belə məqama saxlayın. Neqativi təklikdə edin, ona isə dünyanın ən gözəl rənglərini göstərin. Gülləri qoxladın, musiqilər dinlədin. Həyatda çətinlikləri əlbəttə olacaq. O əllərinizlə qəlblərindən tutub göyə qaldırın. Sevin, sevgi verin, onlar da öz övladlarına versinlər və gələcəyimiz sevgi ilə böyüsün.
13 notes · View notes
khadija0304 · 1 month
Text
sokratın sorğulanmamış bir həyatı rədd etməsi
Əminəm ki, Fəlsəfə və Yunan tarixindən danışanda bir çoxumuzun ağlında Sokrat canlanır. Bəs kimdir Sokrat? Həqiqətdə belə biri var olubmu yoxsa o Platonun xəyali müəllimidirmi? Təbii ki, ikinci sualla cavab vermək çətin bəlkə də mümkünsüzdür. Lakin, yaşadığını varsayaraq onun haqqında bu məlumatları verə bilərəm. Sokrat Sofistlərin( mütləq əxlaq anlayışının olmadığını hər şeyin nisbi olduğunu düşünən düşüncə tərəfdarları onara görə, insan hər şeyin ölçüsüdür, yəni, doğruluq, əxlaq məvhumları şəxsə şəraitə və bir çox şeyə görə dəyişir) ən böyük tənqitçisi idi onları pul qarşılığında elm verməkdə günahlandırırdı və Sokrat əxlaq, düzgünlük anlayışına önəm verən bir şəxs idi ona görə bu tip alayışlar nisbi ola bilməzdi. Fəlsəfədə sərt tutumları ilə bilinir. Hətta, Sokrat demokratiya ilə bağlıda maraqlı bir dialoqu vardır: Sokrat demokratiya tərəfdarı Adamantusdan soruşur, bir gəmi olsa və idarəetməyə bir şəxs seçiləcək olsa, seçəcək şəxslərin təsadüfi bir qrupdan seçilməsinimi istərdin, yoxsa dənizçilik və gəmi haqqında məlumatı, təcrübəsi olan şəxslər tərəfindən şeçilməsinimi? Adamantus əlbəttə ikincidi deyir və Sokrat cavabında necə olur da dövlətin idarəsinə məlumatsız siyasətdən bixəbər insanların səsverməsi ədalətli hesab edilir? deyər çünki Sokrata görə səsvermə bir vəzifə idi və sadəcə layiq olan şəxslər səsverməli idi. Bu dialoqdan göründüyü kimi, Sokrat sərt və açıq fikirləri ilə məhşurdur, Frederich Nietzschenin deyimi ilə Çəkiclə fəlsəfə edir(bu ifadənin F.Nietzsche özü üçün işlədirdi) Sokrat həmin dövr siyasətdədə aktiv bir fiqur olaraq dəyərləndirilir. Həyatı boyu digər yunan filosofların əksinə heç bir məktəb yaratmamış, bir qrup gəncə dərs verməklə kifayətlənmiş, heç bir kitab yazmamışdır. Haqqında bilinən bütün məlumatlar Platonun yazılarından əldə edilmişdir. Sokrat şəhərin tanrılarını inkar etmə və gənclərin əxlaqını pozmaqla günahlandırılmış önünə iki seçim qoyulmuşdu ya fəlsəfədən əl çəkəcək və yaşamağı seçəcəkdi ya da təqdim olunan Baldıran zəhərini içərək həyatına son verəcəkdi Sokrat, sorğulanmamış bir həyatın yaşamağa dəyər olmadığını dedi və zəhəri içərək həyatına son verdi. Düşünürəm bu hadisə Fəlsəfə tarixinin ən təsirli hadisələrindəndir.
2 notes · View notes
siyahinbeyaziii · 2 months
Text
Əxlaq bahalı mülkdür,ucuz insanlarda axtarmayın💅🏻
3 notes · View notes
xanlarli2 · 11 months
Text
O qədər əxlaqsız,arsız,həyasız olub amma camaata molla kəsilənlər gördüm ki.Hansı ki,namus sözünün n hərfindən belə xəbəri yoxdu,amma elə danışır elə bilərsən 5 dəfə həcc ziyarətinə gedib,hər ay zəkat verir,gündə 10 dəfə namaz qılır.Etmədiyi qələt,yalançılıq,fırıldaq,şər yoxdu.Əslində olmaq istəyib ola bilmədiyi adam olmaq istəyirlər.Sözümün canı odur ki,kim namus-namus deyib ortada gəzirsə bilin elə ən namussuzu odur,yersiz yerə əxlaq,ar deyirsə,başınıza din hakimi çəkilirsə,qadın elə olmaz belə olar,kişidir bir səhvdi eləyib deyirsə o insanlardan 10000 km uzaq qaçın.İnanın itirməzsiniz,qazanarsınız.Kim ən çox nədən danışırsa bilin o onda yoxdu.
Özünüzə yaxşı baxın.
12 notes · View notes
starkmrjavad · 2 years
Text
Diqqət etsəniz, dünyanın heç yerində bizdəki qədər əxlaqdan söz edilməz, dünyanın heç bir tərəfində bizim qədər namusla qeydsizcə oynanılmasına rast gəlinməz. Bizdə bir çoxları əxlaqı sırf cinsi münasibətə inhisar etdirərək guya Qərb cəmiyyətlərindən daha əxlaqlı olduğumuzu iddia edirlər.
Bu fikir qətiyyən yanlış və yanlış olduğu qədər də zərərlidir. Çünki öncə bunu bilməliyik ki , əxlaqı yalnız cinsi münasibətlərlə sərhədləmiş sayanlar, insanı yalnız qurşağına qədər təsəvvür edənlərdir. Fəqət qurşaqdan yuxarı bir qəlb və bir ruh var. Bu qəlb və ruha aid əxlaq sahələrinin hamısında biz çox aşağı durumdayıq. Məsələn , ictimai həyatın təməli olan ailə haqqındakı fikrimiz nə qədər aydınlaşmışdır ?
Eyni həyatın başqa bir əsası olan haqq məfhumuna aid düşüncələrimiz nədir? Bunun kimi vəfa , sədaqət, doğruluq, mərdlik, rəhm, yardım, əzm və s. bizdə nə dərəcədə inkişaf etmişdir ? Məsələn, biz oğurluğu sözdə doğru hesab etmirik, amma oğru dediyimiz neçə nəfərin hər gün əlini sıxırıq.
Əgər bu adamlar yüksək vəzifə və mövqe sahibidirlərsə xüsusi sayğı, ehtiram da göstəririk.
28 notes · View notes
Photo
Tumblr media
I Quran insanın ömrü boyu ehtiyacı olan bütün suallara cavab verən, həyatın hər sahəsində yol göstərən, hər problemə ən mükəmməl, ən ağıllı həll yolları təqdim edən İlahi kitabdır. Allah Quranda insanların ehtiyacı olan hər mövzunu açıqlamışdır. Gündəlik həyatda rast gəlinən bir hadisədən həyati əhəmiyyətli məsələyə qədər hər sahədə necə davranmaq lazım olduğu Quranda müxtəlif nümunələrlə bildirilmişdir. Quranın bu xüsusiyyəti ayələrdə belə bildirilir: …Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89) Bütün bu məlumatlara yiyələnən mömin həyatının hər anında üstün əxlaq anlayışı qazanır. İmanından qaynaqlanan Allah qorxusu ilə “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, doğru ilə yanlışı ayırd edəcək ağıla malik olar. Uca Allahın bir rəhməti olaraq həyatının hər anında ona yaxşı ilə pisi ayırd etmək üçün ilham verən vicdanı sayəsində yaxşını asanlıqla görər. Bütün həyatını bu şəkildə Allahdan qorxub çəkinərək, Allahın rizasına uyğun əməllər edərək və vicdanını dinləyərək ke��irər. Quranın “Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali İmran surəsi, 114) ayəsi ilə bildirildiyi kimi, hər an xeyir işlər görməkdə yarışaraq və saleh əməllər edərək Allahın rizasını və cənnətini qazanmağa çalışar. Başqa bir ayədə isə “Allah doğru yolda olanların doğruluğunu artırar. Davamlı olan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!” (Məryəm surəsi, 76) şəklində bildirilən həqiqəti bildiyi üçün gördüyü yaxşı işlərdə qətiyyətli olar. Bu qətiyyət və davamlılıq onu dünyada üstün əxlaq səviyyəsinə çatdırar. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #əxlaq #keyfiyyət #i̇slaməxlaqı https://www.instagram.com/p/Cnj-DDWM0hD/?igshid=NGJjMDIxMWI=
0 notes
mamedvlyy · 7 months
Text
Dörd,dördlük qadınlar tanıyıram. Zərafət, geyim, əxlaq, intellekt səviyyə amma, at oğrusu vidində həyatını 100 dənə kəlimə ilə idarə etməyə çalışan tiplərə bağlanıb eşq acısı çəkirlər. 🍂🖤
3 notes · View notes
zkyvaelmira · 1 year
Text
Mənə görə hər şey nisbidir. Yaxşılıq da pislik də. Əgər hansısa addım xoş niyyətlə atılırsa bu o demək deyil ki, həmin addımın nəticələri yaxşı olacaq. Və ya əksi.. Bilirsən, həyat pandoranın qutusu kimidir. Heç vaxt heçnəyi əvvəlcədən təxmin edə bilməzsən. Gözünün qarşısında duran, qəlibini, rangini, ölçüsünü əzbər bildiyin şeylər belə bir gün öz məqsədini, formasını elə dəyişər ki, donub qalarsan. Bəzən elə qərarlar verməli olarsan ki, bunun səbəbini səndən başqa heç kəs anlaya bilməz. Ancaq o an üçün bu qərar şərtdir və sən bunun fərqindəsən. Əxlaq, inanc, yaxşılıq, pislik - bütün bunlar o qədər çoxşaxəli mövzulardır ki, əminliklə başladığın söhbətin sonluğunda heç vaxt eyni qərarlılıqda qala bilməzsən.
Məsudə Cabbar-Xoşbəxtliyə çatanda əldə qalanlar
12 notes · View notes
nesirov · 1 year
Text
Təhdidə söykənən əxlaq, əxlaq olmadığı kimi, güvənilir də deyildir. Siz, ananızdan, atanızdan qorxduğunuz üçün, polisdən qorxduğunuz üçün, prezidentinizdən qorxduğunuz üçün, Allah'dan qorxduğunuz üçün, bir şeylər etmirsizsə, pis şeylər etmirsizsə, bu, siz vicdanlısız demək deyildir. Bu siz qorxaqsınız deməkdir.
© Mustafa Kemal Atatürk
37 notes · View notes
yagubov · 1 year
Text
Əxlaq olmayan yer də, ədalət olmaz..
©
10 notes · View notes
072303 · 11 months
Text
Göy qurşağından asılmış yelləncəkdəyik.
Başını çiynimə söykəmisən.
Qolumu şərf kimi dolamışam boynuna.
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir.
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur.
Çətirimizin üstünə balaca mələklər yağır.
Ölü dəniz balıq doğur.
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava.
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində.
Ozon dəliyini örtürlər çərpələnglə.
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü.
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik.
Nə müharibə var,
nə göz yaşı, nə də qəm.
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.
3 notes · View notes