Tumgik
#ayə
shahinelected · 1 year
Photo
Tumblr media
Mənə "Bu yaşına qədər sənin həyatında heç bir dənə də Qadın, Qız olmayıb? Hələ bir Qız və Qadın ilə cinsi əlaqədə olmamısan? Biz sənin yaşın qədər Qadınla və Qızla olmuşuq, sən isə heç biri ilə də ola bilməmisən!" və bu kimi sözləri deyənlərə ən gözəl cavabdır bu video! Bu arada videoda istifadə olunan başdakı trek Qaraqanın "Dərzi" adlı trekidir. Ümumiyyətlə o trekdə çox gözəl, dərin mənalı sözlər deyilir, amma mən bu qədəri ilə kifayətləndim. Çox danışıb bezdirici olmaq yerinə, az, amma təsirli söz demək daha yaxşıdır. Belə olan halda, nəticə də effektiv olur! Bu arada videonu özüm hazırlamışam və bu video mənim günlərimi və saatlarımı alıb. Videoda olan arxa fon effekti, sözlərin Quran Ayələrinin səsləndirməsi ilə üst-üstə düşməsi, sözlərin rəngi, həcmi və bu kimi şeylər, həmçinin səslərə və Quran Ayələrinin səsləndirilməsinə mağara effekti verilməsi, üstəlik, Rasim Balayevin səsi ilə olan Ayələrin səs effektlərinin daha ciddi və vahiməli olması üçün, səs tonunun effekti və s. bu kimi şeylər, qısası gördüyünüz və eşitdiyiniz hər bir effekt ayrı-ayrılıqda idi. Ancaq onların birlikdə, harmoniya içərisində olması və yorucu, bezdirici olmaması üçün xüsusi diqqət, səbr və həssaslıq tələb olunurdu ki, bunu da etməyə çalışmışam, Əzəmətli Yaradanın İzni ilə, ümid edirəm ki, bu məndə alınıb. Ancaq hələ də videoda müəyyən qüsurlar var. Baxaq görək, bu qüsurları kimlər aşkar edə biləcəklər? Fikrinizi şərhlərdə və ya özəldən, mesaj olaraq göndərin görək yaradıcılıq istedadınız varmı?! Diqqətiniz üçün əvvəlcədən təşəkkürlər! #qaraqan #host #rap #rep #zina #allah #quran #cinsiəlaqə #günah #gunah #haram #cəhənnəm #cehennem #surə #ayə #sure #aye #din #dini #hikmətlisözlər #hikmət #hikmet (at Azerbaijan Baku) https://www.instagram.com/p/CpqtTVlo2pZ/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
Photo
Tumblr media
I Muminun surəsi, 61-ci ayə. “Onlar, xeyirlərdə yarışırlar.” Xeyirlərdə yarışmaq demək, var gücü ilə hər kəs ən yaxşısını əldə etməyə çalışacaq. “Və onlar buna görə önə keçirlər.” Deməli, bir yarış, təqva yarışı var dünyada, inşaAllah. “Heç kimsəyə” Allah bir sirr verir; “güc çatdıracağından çoxunu yükləmərik.” Allahın heyrət ediləcək bir möcüzəsidir. Heç kimə güc çatdıracağından çoxunu Allah yükləmir. “Əlimizdə haqqı söyləyən bir kitab vardır.” Allah sadəcə Quran oxuyun deyir əslində. “Həqiqətən, Mənim ayələrim sizə oxunurdu, lakin siz topuqlarınız üzərində geri dönürdünüz.” Məsələn mən Quran ayələrini izah edirəm, zombilər atalarından qalma batil “din”lərinə geri dönürlər. Xurafatçılar, məzhəbcilər əslində Quranı qəbul etmirlər, xurafatı qəbul edirlər. Onlar saatlarla xurafat izah edirlər, cahillərdə xurafatları ağzı açıq dinləyirlər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan” deyir. Bunun da əbcədi yenə mehdiyyətin dövrünü verir. “Əgər haqq, onların həva (istək və ehtiras)larına uyğun olsaydı” yəni Quran xaricində bir vəziyyət olsaydı, “heç şübhəsiz, göylər, yer və bunların içində olan hər kəs (və hər şey) pozulardı.” Elə indiki dövrdə göylər; ozon təbəqəsi pozuldu. Göylər, yer üzü pozuldu, torpaqlar quraqlaşdı, eroziya başladı. “Bunların içində olan hər kəs (və hər şey) pozuldu.” İnsanlar pozuldu, heyvanlar pozuldu, mühit pozuldu. “Xeyr, Biz onların öz şan və şərəf (zikr)lərini gətirmiş olarıq, lakin onlar öz zikrlərindən üz çevirirlər” deyir. Allah Qurandan üz çevirirlər, deyir. Allah dəccaliyyət dövrünü izah edir. “Yoxsa sən onlardan muzd istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən xeyirlisidir.” İslam təbliğindən pul qazanmaq haramdır, bunu edən münafiqlərdir. Din ilə bağlı qazanılan pulların hamısı haramdır. İstər molla olsun, istər efirə çıxan bir hoca olsun. İslamda nəzir qutusu da yoxdur. Zəkat birbaşa ehtiyacı olana verilər. “Həqiqətən, sən onları doğru olan bir yola çağırırsan.” Mehdiyyətin yoluna, Haqqın yoluna, Quranın yoluna, inşaAllah. “Ancaq axirətə inanmayanlar, şübhəsiz, yoldan azanlardır” deyir Allah. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #zəkat #nəzir #təqva #dinipaylasimlar #hədis #Allah https://www.instagram.com/p/CdVvzjTMK0c/?igshid=NGJjMDIxMWI=
2 notes · View notes
z-a-r-i-f--o-k-u-r · 5 days
Text
“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyirlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”
🌹
Ali-imran, 3/135.
0 notes
huseynmammad · 5 months
Text
Tumblr media Tumblr media
"Dərdi dünya olanın
dünya qədər dərdi olarmış.."
Faniyə bağlanın
Günü xeyli ahü-zar,
Gözünə qan dolarmış..
Əlbir olub şeytanla
Qəlb kirayə verənlər,
Qusub anlıq həzzləri
Saçlarını yolarmış...
Fələkdən baş açılmaz
Bir gün ağ, bir gün qara
Cazib gələn vədləri
Əslində çox avara..
Adam səhvə dalarmış?
Yağış sonrası göbələkdi sevgilər
Kim tuta, kim apara
Kim də yolda qalarmış...
Arifdən bir işarə,
Abiddən bir hekayə,
Qurandan onca ayə,
Azacıq ağlı olan
İbrətini alarmış...🌙
47 notes · View notes
dadaszdkh · 1 month
Text
əl-Bəqərə surəsi, 185-ci ayə.
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
20 notes · View notes
cvdbrhm · 3 months
Text
gözəllik var camalında,
Qurandan ayə kimi.
səcdədir sənə müntəha,
günəşdən, aya kimi.. 🍃
33 notes · View notes
Text
O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!
(Yunus surəsi, ayə 63-64)
17 notes · View notes
aysafhar · 1 year
Text
İnsan niyə dərdə-qəmə düşür? Insan niyə gileylənir, niyə üsyan edir, nə vaxt ağlayır? O vaxt ağlayır ki, nəyisə çatmır. Misal üçün, anam deyərdi ki, mənim sənə öyrətmədiyim yeganə şey ağlamaqdır. Çünki doğulan kimi hələ səni qucağıma almamış başladın ağlamağa...
Sonralar öyrəndim ki, körpə doğulanda ona görə ağlayır ki, havası çatmır və bu ağlamaq onun üçün həyati məna kəsb edir. Körpənin ağlamaması pisdir, gərək, ağlasın ki, ciyərlərinə hava dolsun.
Bir az böyüyürəm, bu dəfə bəzi şeylərə boyum çatmir. İnanırsınız, əlim qapının cəftəsinə çatmadğı üçün ağladığım günlərim olub. Əlimin çatdığı yerlərə də əl uzadanda anam əlimin üstündən vurar, toxunmağa qoymazdı. Bəlkə də, bu "əlçatmazlıq" səbəbindəndir ki, indi də qanddana hədsiz sevgim var...
Heç yadımdan çıxmaz, uşaq idik, kənddə mağar toyları olardı. Varlısı, kasıbı, hamı övladına mağar toyu edərdi. Fərq yalnız bu olardı ki, varlı balasının toyuna "aşıqçılar- dan" (musiqiçilərə belə deyərdik) başqa bir-iki aktyor da gətizdirərdilər. Millət də axışardı mağara. Basa-bas olardı. Hə, indi bax görüm, bu balaca boyla necə baxırsan toya? Əli, Vəli, Pirvəli, bir-birimizə qoşular, bir nəfəslik tapıb toya baxmaq üçün mağarın dörd tərəfini dövrə vurardıq, amma çifayda, boy çatmazdı ki, çatmazdı...
Bir az da böyüyürəm. Sonralar bir çoxları kimi, pul çatışmazlığından əziyyət çəkməyə başlayıram... Əl çirki də olsa, hər nə də olsa, bəzən çox lazım olur insana bu pul! Arada təsadüfən əlimə yaxşı pul keçdikdə, tökürəm qabağıma hamısını, mat-məəttəl baxıram onlara, deyirəm, ayə, sizdə nə sehr var ki, bu qədər insanı arxanızca çapdırırsınız, salmısınız insanları bir-birinin canina?...
Bob Marlinin, özündən xoşum gəlməsə də, maraqlı bir sözü var, deyir:
"Atam uşaqkən şərt kəsmişdi mənimlə. Bütün dərslərimdən 5 ala bilsəydim, mənə velosiped alacaqdı. Sırf bu üzdən bəzi dərslərimdən 4 alardım. Axı bilirdim, atamın velosiped almağa pulu çatmır".
Mənim də buna oxşar hallarım olub. Elə böyük ikən də. Yadımdadır, ev almağa imkanım çatmadığı üçün İsveçrə əhalisinin böyük əksəriyyətinin kirayədə yaşaması məsələsi dilimdən düşmürdü: "Kirayənişinlik də bir mə- dəniyyətdir, bu, heç də həmişə pulsuzluqdan irəli gəlmir". Aman bu çatışmazlıq əlindən, insanı nə hallara salarmış...
Sonrakı dövrlərdə insanda hünər çatışmazlığı baş verir. Bəzi şeyləri, ədalətsizliyi, zülmü, haqsızlığı və sairəni görür, bilir, buna əmin olur, aydın olmayan heç nə qalmir, hər şey olur, təkcə hünər olmur. Necə deyərlər, hünərdən başqa hər şeyi çatır. Ağzına su alıb susur... Bax, bəlkə də, suyun aydınlıq gətirmədiyi yeganə yer buradır....
36 notes · View notes
mazahir1971-blog · 8 months
Text
Namaz vaxtı proqramı
Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
(Nisa surəsi, ayə 135)
16 notes · View notes
eltonqurban · 1 year
Text
Nəhl surəsi, 15-ci ayə
(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;
Hər hipotez,əksi sübut olana qədər doğrudur.
36 notes · View notes
elikhuseyn-off · 9 months
Text
" Allah odur ki, küləkləri göndərib buludları qaldırır. Sonra Allah o buludları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi qullarına onu (yağışı) nəsib edən zaman onlar sevinərlər. "
Rum surəsi, 48-ci ayə
9 notes · View notes
deelaaraa · 3 months
Text
tiktokdaki gündəm mənə azərbaycan kişiciklərini bir də tanıtdı, hələ xanımlarını demirəm. oğraş kürt gəlib sizin ananızdan girib, bacınızdan çıxır, bunlar da "furkan biz sənin yanındayıq" deyib cırnadırlar. ayə, soxum sizin mənliyinizə, kişiliyinizə. ölkədə hər 10 adamdan 8-inin türklərə nəhlət oxuduğunu hamımız yaxşı bilirik, söyüş saxlamırsınız onlar kişi deyil deyirsiniz. hələ ki bizim kişiciklərdən min qat kişi çıxdılar, özünküləri səhv də olsa tərəflərini tutardılar. siz petuxlar isə prim kasmaq dərdindəsiniz.
4 notes · View notes
Photo
Tumblr media
I Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bəziləri isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük bir aldanmadır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır. Allah Quranda yanlış məntiqlərinə görə hərəkət edən və Allahın bildirdiyi kimi yaşamayan insanların aldanmalarını bu şəkildə xəbər verir: Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?! Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?! Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?! Onlardan kimin buna zamin duracağını soruş. (Qələm surəsi, 36-40) Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşayan bu insanların bir çox yanlış və azğın nəticələrə gəlmələrinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağa çalışmışlar. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir: Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir! (Fəth surəsi, 6) (Ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #dua https://www.instagram.com/p/ChMUFGQML0L/?igshid=NGJjMDIxMWI=
0 notes
z-a-r-i-f--o-k-u-r · 6 days
Text
(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də O'dur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
🌹
Ənam surəsi, ayə 96.
1 note · View note
t0grull · 1 year
Text
Gün keçirdi günəş ayə baxırdı
Şair fikirlə səmayə baxırdı
9 notes · View notes
shahinelected · 6 months
Text
Öyüd-nəsihət dinləyənlər üçün, Müdrik Sözlər Silsiləsindən!
#shahinelected #allah #din #müqəddəs #müqəddəskitab #müqəddəsruh #muqeddes #muqeddeskitab #tanrı #tanri #tengri #peyğəmbər #peygember #quran #tövrat #incil #biblia #bibliya #hədis #ayə #surə #sure #aye #rəbbim #mudrik #hikmətlisözlər #hikmətlisöz #hikmetlisözler #hikmetlisozler #mənalısözlər
2 notes · View notes