Tumgik
#tövbə
Photo
Tumblr media
I Dindən uzaq həyat sürən insanlardan fərqli olaraq möminlər tövbə ibadətini tez-tez yerinə yetirirlər. İnkarçılar özlərini günahkar olmadıqlarına inandırmaq üçün tövbə etməkdən çəkinirlər. Möminlər isə Allahın bəyənmədiyi bütün əməllərdən uzaq olmaq arzusundadırlar. Lakin insan bəzən nəfsinə uyub günah edir. Ancaq səhvini gördüyü an peşman olub Allahdan bağışlanma diləyir. Allah insanı zəif yaradıb. Bəzən bilmədən, bəzən də çox yaxşı bildiyimiz halda, unudaraq günaha batır, səhv qərarlar verir, xətaya yol veririk. Çünki Allaha üsyan etməyə səsləyən, vəsvəsələri ilə haqq yoldan azdırmağa çalışan şeytan kimi amansız düşmənimiz və durmadan pisliyi əmr edən nəfsimiz var. Əlbəttə, Allah həm şeytanın vəsvəsələrindən, həm də nəfsin azğın əmrlərindən necə qorunacağımızı bizə bildirmiş, səmimi qullarına onlara qalib gəlmək gücü ilham etmişdir. İnsan bu düşmənlərindən özünü qoruduğu zaman Allahın rizasını qazana bilər. Bədiüzzaman Səid Nursi belə buyurur: “Bu təxribat, səfahət və cazibədar həvəsat dövründə (dünya həyatının cəzbediciliyinin artdığı dövrdə) əməllərimiz şərləri (pislikləri) dəf etməyə və günahları tərk etməyə yönəlməlidir”. Ancaq unudulmamalıdır ki, nə olur olsun, Allah insanlara xətalarını düzəltmək üçün mütləq yol göstərir. Bu, tövbədir. Allah insanın tövbə ilə öz səhvlərindən ibrət götürməyini istəyir. Tövbədəki ən böyük hikmətlərdən biri insanın peşman olaraq vaxt itirmədən Allaha sığınması və bir daha o səhvi təkrarlamamasıdır. Niyyətində qətiyyətli olub sözünə sadiq qalması, ölüm anına qədər haqq yolda olub tövbə etməsidir. Allah Quranda “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.” (Nisa surəsi, 17) ayəsi ilə səmimi tövbə edən insanın əxlaqından bəhs edir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #tövbə #bərəkət https://www.instagram.com/p/ChXcbn0MMdr/?igshid=NGJjMDIxMWI=
0 notes
shikhaliyevv · 3 months
Text
Təklik nə qədər yaxşı olsa da, insan bəzən bəzi hisslər üçün darıxır. Bəzən darıxır, bəzən inciyir, bəzən əsəbləşir. Əslində heç kimə ehtiyacı yoxdur. Amma sadəcə qısqanır və darıxır. Xoşbəxt hisslər üçün darıxır, bəzən bir insanın dərmanı insandır. Bəzən həmin insanlar zəhər olur, tövbə elətdirir, soyudur. Sevgiyə küsdürür, amma o boşluq hissi ən yalnız qaldığın zamanda sancır.
58 notes · View notes
aydaanca · 7 months
Text
Təklik nə qədər yaxsı olsada insan bəzən,bəzi hisslər üçün darıxır. Bəzən darıxır,bəzən inciyir, bəzən əsəbləşir. Əslində heçkimə ehtiyacı yoxdu. Ama sadəcə qısqanır və darıxır, xoşbəxt hisslər üçün darıxır, bəzən bir insanın dərmanı insandır. Bəzən həmin insanlar zəhər olur, tövbə elətdirir soyudur. Ama o boşluq hissi ən yalnız qaldığın zaman da sancır.
52 notes · View notes
justsky13 · 17 days
Text
Tövbə haşa ama nə istədiyimi özüm belə bilməmiş ola bilərəmmi?!
20 notes · View notes
cvdbrhm · 2 months
Text
çəkən sinəmə dağı, ahı xudadır,
yaradan daşı, dağı, dahi xudadır,
ürəydə eşq taxtının, şahı xudadır,
kafir qəlbdə tanrının, bağı cüdadır.
insanın bəlasıdır tamahı,
tövbə edənlərin pəhanı,
odur bağışlayan günahı,
xeyirxahlar, xeyirxahı xudadır.
imanlı qəlbdədi bərgahi,
heçnə yaratmamış vahi,
əvəzləyən gecəylə sabahı,
bütün kainatın izahı, xudadır.
ömrübillah, demiyib bismillah
gözləyir ki olacağ islah,
o kəslərin halına eyvah,
ərvahi-dərgahı xudadır.
23 notes · View notes
huseynmammad · 3 months
Text
Cəzalandırmaqda tələsməyi təxirə saldığın, tez əzab verməkdən daşındığın, geriyə dönüş və tövbə yollarını asanlaşdırdığın, rəhmət buludlarından yağış nazil etdiyin üçün Sənə həmd olsun. Doğrudan da, Sən qədirbilən və bağışlayansan!❤️‍🩹
24 notes · View notes
emilia-rzayeva19 · 4 months
Text
İnsanlar Allah'ın bizə vəd etdiyi cənnətinin,heç günah əməli olmayan bəndələr üçün olduğunu zənn edirlər...
Amma onlar Allah'u təala c.c bəndələrini mükafatlandırmaq üçün yaratdığı həmin o cənnəti tövbəsi qəbul olmuş bəndələri üçün yaratdığını bilməzlər✨
#sən tövbə edə bilmədiyim günahımsan🤍
47 notes · View notes
yagubov · 6 months
Text
Çox şeyə tövbə edərək yenidən başlayıram həyatıma. Mənə 3-cü dəfə şans verdiyin üçün, möhlət verdiyin üçün və hətta işarə verərək azdığım yoldan döndərdiyin üçün sənə sonsuz həmd və səna olsun.
30 notes · View notes
selcansadiqqizi · 18 days
Text
Qızlar tövbə haşa əstəğfurullah amma biz sevilmədiyimizi və alınmayacağını bilə bilə çox çabaladığımıza görə bu qədər yorulmuş ola bilərik?
11 notes · View notes
dadaszdkh · 21 days
Text
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!
17 notes · View notes
mellsy · 3 months
Text
Qardaşım bayaq zəng eləyib dedi ki, "sevgilimləyəm məni evdə yola ver". Tövbə haşa ama görəsən mən hardasa səhv edirəm mi?
11 notes · View notes
Photo
Tumblr media
I Dünyanın sonundan əvvəlki dövr, yəni “Axırzaman” Allahın bütün müqəddəs kitablarında bildirdiyi bəzi əlamətləri ehtiva edir. Fitnə və qarışıqlığın ən çox yayıldığı, din əxlaqından uzaqlaşmanın və anormal həyatın çox qabarıq şəkildə yaşandığı bu xüsusi dövrdə Rəbbimiz “hidayət verici” sifəti ilə hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi hz. Mehdi imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın diləməsi ilə hz. Mehdi taleyində olan bu üstün vəzifədə müvəffəq olacaq və din əxlaqını bütün dünyaya hakim edəcəkdir, inşaAllah. Bu səbəblə, hz. Mehdinin zühuru dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin gəlişi yalnız peyğəmbər (s) zamanından deyil, minlərlə ildən bu yana bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimiz (s) hədislərində Allahın vəhyi olan bütün kitablarda hz. Mehdinin zühurunun xəbər verir: Naim buyurdu ki: Mən hz. Mehdini (ə.s.) peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: “Hz. Mehdinin (ə.s.) əməlində nə zülm, nə də eyib yoxdur”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 21) Peyğəmbərlərə dair kitablarda “Hz. Mehdinin (ə.s.) işi zülm və pislik deyil” şəklində ifadələr vardır. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 49) İbni Münavi deyir ki: “Danyalın (ə.s.) kitabında belə yazılıb: “Hz. Mehdi (ə.s.) çıxacaq və Allahu-təala daha əvvəl fəsada düçar olanları və iman əhlini onunla qurtaracaq.”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-Axırzaman, səh. 34) Bu hədislərdən aydın olur ki, Mehdi mövzusu bütün haqq dinlərin kitablarında yer almışdır. Tövrat və İncildə də hz. Mehdinin gələcəyi, xüsusiyyətlərinin nə olacağı, fəaliyyətləri və vəsiləsi ilə həyata keçəcək din əxlaqının hakimiyyət dövrü minlərlə il əvvəldən bildirilmişdir. (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #din #mehdi #hzmehdi #axirzaman #dəccal #mesih #mesihisa #deccal https://www.instagram.com/p/CfttglsMcWe/?igshid=NGJjMDIxMWI=
0 notes
zuqan · 6 months
Text
Men ne özümü göstermirem, ne deki özümü ağıllı aparmıram bu tip postlarımla. Niyyetim evvelde dediyim kimi doğru bilinen yanlışları burdakılara çatdırmaqdi. Çünki gözümüzü açandan bu kimi yanlışları görüb böyümüşük. Uzun olacaq ama sözümün canı nedi onu deyim.
Burda bezi özlerini (dini terefden) çox bilmiş kimi gösterenler dini postlar ataraq çoxuna haqqın yolunu göstermeye çalışır. Bu cox bilmişliklerine Allahın qoyduğu hökmlere qarşı duraraq inad edirler. Yeni kimse esl haqqı göstermeye çalışanda inanmaq istemirler, çünki dırnaq arası çox bilmişler insanın beynine o fikri yeridibler. Nece deyerler kütle psixologiyası. Her kes bele edirse demeli doğrudurki edirler. Bunlardan ne derece doğru olduğuna dair delil isteyende de menbesi bilinmeyen yazıları delil olaraq getirirler. Menbesi bilinmeyen yazılarında demek olarki, 80-90% başdan ayağa yalandı. Birincisi bu düşünceni kenara qoyaq. Men burda yalançı dırnaq arası mollaların, başı sarıqlı şeyxlerin dedikleri ile yox, Allahın endirdiyi (Quran) ile danışacam.
Misal üçün menim reyime verilen bu cavaba sıraýla Allahın ayesi ile cavab verim. ( Eslinde men buna cavab vermişdim amma qarşı terefe xoş olmayıb deye silinib :D)
Tumblr media
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir. (Rum surəsi, 32)
Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir (Ənam surəsi, 159)
Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz. (Ali İmran surəsi, 103)
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)
Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır. (Ali İmran surəsi, 105)
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və elçisinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər. (Tövbə surəsi, 107)
Göründüyü kimi İslamda mezheb(firqe) yoxdur. Kim mezhebe uyarsa müşrikdir.
İkinci sırada yazılan reye cidden çox gülmüşem. Çünki çox acınacaqlı haldiki , Allahı taniyaraq bu kimi düşünce ile özünü ve o düşünceye inananları şirke sürükleyir. Ona yene cavabı Allahın ayesi ile cavab verim.
Hökm ancaq Allahındır.  (Yusif surəsi, 40)
O, Öz hökmünə heç kimi ortaq etməz”. (Kəhf surəsi, 26).
Göründüyü kimi buna benzer savadsızlıqlara göre müselmanlar arasında demek olar ki, heçvaxt birlik olmur, söz-söhbet, mübahiseler azalmır, hetda lenetde oxuyurlar. Sanki din bunlara oyuncaqmış kimi. Dinivizi imamlardan, şeyxlerden, orda burda çox bilmiş kimi yazanlardan yox, özünüz öyrenin özünüz 💙
18 notes · View notes
mnvffffa · 9 months
Text
Gözümdən necə düşdüyünü Nyuton görsəydi fizikaya tövbə edərdi
7 notes · View notes
mahmudtofiq · 9 months
Text
۩Mərhəmətli, Rəhmli Allahın adı ilə۩
66.8: Allaha səmimi-qəlbdən tövbə edin.
3.135: Axı günahları Allahdan başqa kim bağışlaya bilər?
Tumblr media
5 notes · View notes
starkmrjavad · 5 months
Text
Şeytan ən çox tövbə etmiş insanın ardınca düşür. Çünki itirdiyi əsgərini yenidən qazanmaq istəyir.
5 notes · View notes