Tumgik
#köhnə
rftdamir · 5 months
Text
Uşaq olanda 20 qəpik verərdi atam mənə hər məktəbə gedəndə, o 20 qəpiklə həm su alırdım həm kökə. Universitetə daxil olana kimi smartfonum belə olmayıb. Dərs, məktəb, 1-2 saat cizgi filmi, köhnə kitablardan pul kəsirdik öz balaca fantaziamızla oyun oynamağa, küçədə və ya biraz genişliyi olan hər yerdə futbol oynayardıq . Ən əsası biz uşaq olanda indiki uşaqlardan daha tolerant və daha sosyal idik . Əyləncə üçün, oyun oynamaq üçün bir çubuq , bir daş və ya bir kağız belə kifayət edirdi bizə. Telefonlardan kompüterlərdən aslı da deyildik .
Bəs indiki uşaqlar necə ? Azla yetinə bilirmi ? Telefonsuz kompütersiz qala bilirmi ? Bildiyin oyunları say desən nə qədər oyun adı saya bilər sənə ? Hə saya bilər əlindəki telefon və ya kompüterdəki çox oyunu saya bilər . Ama biz yavaş yavaş daha yeni bir nəsildə öz kimliyimizi, mənəviyyatımızı itiririk. O xoş səmimi münasibətlərin orijinallığı itir . İnformasiya texnologiyaları həyatımıza nə qədər girirsə , bizim orjinal və keyfiyyətli sosyallığımız bir o qədər itir . Qeyri səmimi münasibətlər , hansısa məqsəd və ya çıxar üçün bir birinin yanında olan "dostlar" . Bir birinə güvəni olamayan "sevgililər" . Mən ümumiyyətlə köhnə düşüncəli biri deyiləm . Sadəcə bunlara üsyan edirəm. Bizim öz kimliyimizi qoruya bilməməyimizə üsyan edirəm . Mən üsyan edirəm ki bizim gənclik Dostoyevskini yox hansısa tik-tok fenomenini səhər axşam izləyir . Mən ümumiyyətlə bu batan gəmidə olan hər şeyə üsyan edirəm. Məncə heç burdakı adamların çoxsu da bu yazını oxumadan bəyənib keçəcək, bəlkə də reallığı nisbi şəkildə insanlara deyirəm deyə məni qınayacaqlar. Gözlərinizi açın və indiki uşaqlarla bir gələcək təsəvvür edin...
102 notes · View notes
sanctasu · 3 months
Text
Köhnə dostuma baxıram da, əvvəllər sanki sonsuza kimi sürəcəkdi dostluğumuz, indi isə heç yaşanmamış kimidi. Necə də qəribədi insanın yad kimi hiss etdirənlə bir çox xoş xatirələrinin olması.
59 notes · View notes
madinaa17 · 3 months
Text
Bu aralar köhnə xatirələr üçün çox darıxıram
61 notes · View notes
xancann · 7 months
Text
Biriləri bir yerdə köhnə səni müzakirə edirlər hələ də, yeni sənə bir bağlantıları yoxdu çünki.
68 notes · View notes
nferzeliyeva · 2 days
Text
Başını qaldıranda,
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil, kimsə birdən
köhnə, tanış kitabın
səhifəsini açdı.
30 notes · View notes
dadaszdkh · 1 month
Text
Köhnə şəkillərə baxıb anlayıram ki, bundan sora gözəl şəkilləri tapa bilməyəcəm.
23 notes · View notes
huseynmammad · 4 months
Text
Darıxarsan bəzən on saniyə də olsa səsini eşitmək üçün. Səsi bir yana, danışığı üçün. Hansısa hərfi özünə xas tərzdə deyilişi üçün. Bəzi sözlərin uzanan sonları, bəzi sözlərin əzilən tərəfləri üçün. Səs tellərinin azalan tonlarından artan tonlarına keçdikcə yaranan sevincini hiss etməyin və qəlbini bürüyən o məmnunluq hissi üçün. Yazanda yediyi hərfləri tələffüzdə qabartdığı üçün. Ən gözəl və özəl sözlər bir yana, adi salam'ı üçün, necəsən'i üçün. Hırçın gülüşü üçün, sanarsan ucsuz bucaqsız qızılgül bağındasan, bir gülüşün verdiyi o bihuş üçün. Bir də o ilk addımı yoxmu, ilk səni arayıb axtarması onun üçün. "Yuxudan oyanan kimi ilk səni düşündüm" kimi. "Ağlımdan heç çıxmırsan" kimi. Varlığını gərəkli, vacib, ən öndə hiss etdirən zamansızlıq içində ayırdığı zaman üçün. Bir əli qanda, bir əli səndə olan ruhu üçün. Darıxarsan, insan bir daha yaşaya bilməyəcəyi şeylər üçün pis darıxar. Ümidsiz darıxar. Köhnə, ama hələ də indi göndərilmiş kimi həyacan yaşadan səslərini dinləyərsən. Qərib olarsan sanki öz vətənində, məzlum olarsan. Küsərsən, qınayarsan, haqq qazandırmazsan, ama bu səni həsrətdən uzaq tuta bilməz ki, yenə də. Sənə nə vaxtsa ən əziz olan birinin ən yad birinə çevrilməsi sevginin "üç alma"yla sonlanmayan tərəfidir. Nağıl çoxdan əleyhinə bitmiş, sənsə hələ o qədim əyyamlarda ağ atı çapmaqla qalmısan. "Biri vardı, biri yoxdu" arasında keçən ömrünü gündən günə keçirməklə sətirlərdə məst qalmısan...
34 notes · View notes
esger1i · 3 months
Text
Kaş dəyişməsəydi heçnə. Kaş dəyişməsəydi Bakı. Müasir ölkə-şəhər tipli olmasa da, retro tipli, Qızqalası kimi qədim şəhər olaydı. Turistlər Bakının müasirliyinə görə deyil, ən köhnə şəhər olduğu üçün gələrdi. Sənət əsəri olardı Bakı. İnsanlar axışıb gələrdi və keçmişdən bir iz tapardı. Onsuz da bütün dünya müasirləşir və fərqli az şey qalır. Keçmişdən qalan tək şey Bakı olardı. Divarları, üslubu, danışıq tərzi, səmimiyyəti və s. Rəngli işıqlarla, rəngbərəng adamlarla deyil, qədimliklə bəzənərdi. Nə gözəl olardı deyil mi? Gözəllik Bakı olardı, Bakını gözəlləşdirən keçmişdən bu günə qədər qoruyub saxladığı keçmişi olardı. Hündür binalar olmazdı, hündür insanlıq olardı. Mədəniyyətimizi deyil, mədəni niyyətimizi qoruyub saxlayar və artırardıq. Kimsə bu şəhərdən baş götürüb qaçmazdı, kimsə bu şəhərə ürəyini, başını və keçmişini götürüb qaçardı. Müasir geyim-keçim yox, müasir beynlər olardı. Dəyişilmədən, erroziyaya uğramadan qalardıq. Bütün dünya dəyişilərdi ama biz dəyişməzdik. Elə eyni qalardıq. Səmimi görüşlər, öpüşlər çox olardı. Qeyrət də dağın başına deyil, qeyrət başla çəkilərdi. Namus daha gözəl namuslu olardı. Tarın səsi gələrdi. Çay başqa dadardı. Gözəl bir musiqi səslənərdi. Məst olub xəyallara dalardıq. Hansısa qəlblə oynanılmazdı. Əmin olun bu dəqiqdi. Faişəlik və pozğunluq, əqidəsizlik deyirsizsə o da olmazdı. Şəkillərimiz ağ-qara olardı bəlkə ama yenə də saxta effektdən daha gözəl görünərdi. Əvvəllər bir sms daha dəyərli idi. O sms iki yüz neçəsə simvol təşkil edərdi və biz bütün demək istədiyimizi o tək mesaja sığışdırıb çatdırardıq. Əvvəl 100 kontur vardı, 100 kontur göndərmək vardı, indi dilənçi kimi 20 qəpik almaq var. Hisslər daha səmimi idi. Beynlər ayaq arasında deyil, başda olardı. Hisslər gözlərdə olardı, sözlərdə deyil. Kaş Bakı dəyişməzdi. Elə eyni qalardı. Bakı deyil, bütün Azərbaycan dəyişməzdi. Biz köhnə qalardı, köhnə olardıq ama dəyişməzdik. Çünki köhnələr daha gözəldi.
23 notes · View notes
zeydme · 5 months
Text
Yeni sevgidən qorxmursan. Qorxduğun köhnə ağrıdır.
21 notes · View notes
naf1la · 5 months
Text
Yeni sevgidən qorxmursan,qorxduğun köhnə ağrıdır
27 notes · View notes
psixologiyaze · 5 months
Text
Müdrik ağsaqqallardan biri belə deyirdi ki, kiminsə keçmişinə toxunma, yəni köhnə əməllərini qurtdalayıb, axtarma. Hətta ən yaxın adamın olsa belə! Çünki ən gözəl bağçaya da bel vursan, orada ən azı bir dənə qurd tapacaqsan.
36 notes · View notes
madinaa17 · 3 months
Text
Yenə məni düşündürən bir məsələni danışmaq istəyirəm. Bu dəfəki mövzu erkən nigahdır. Dünən təsadüfən söhbət zamanı öyrəndim ki, məndən 1.5 yaş kiçik bir qız evlənib, artıq oğlu var. Şoka düşdüm sözün əsl mənasında. Evlənmək nəysə də, amma uşağ?! Ciddən insanları çox zaman anlamıram, anlaya bilmirəm daha doğrusu. Sırf ətrafdakı insanlar ona "evlənmək yaşın gəlib çatıb" "hə, uniyə qəbul olmadın artıq evlənməlisən" bu sözləri deməmək üçün, desələr belə onlara qarşı çıxa bilmədikləri üçün 18 yaşı tamam olmamış əlində uşağı ilə gəzirlər artıq. 16-17 yaşın maksimum dərəcədə məsuliyyəti nədir? Əlbəttə, oxumaq. Amma onlar evlənib, uşağı olunca yaşıdlarından daha çox məsuliyyətləri olur. Sanki çiynində bir çanta var, yüngüldür. Və bu çanta günlər keçdikcə daha çox ağırlaşır. Köhnə sinif yoldaşımla keçən günlərdə yolda qarşılaşmışdıq. Demişdi ki, bu gün-sabah 19 yaşın olacaq hələ evlənməmisən nc nc nc, artıq 19 yaşlı qızın əlində iki uşağı var. Sən hələ də belində sumka ilə hazırlığa gedirsən. Bayaq anlattığım da məhz bu idi. Erkən nigaha cəlb olunan qızlar sırf bu sözləri eşitməmək üçün evlənirlər, qulaqlarını qapaya bilmirlər bu cümlələrə
53 notes · View notes
xancann · 22 days
Text
Bəlli zamandan sonra düşüncə və ortaq maraq fərqliliklərindən ötrü köhnə tanışlarımla arama məsafə qoydum artıq. Mən onları bəlli ölçüdə unutdum, onlar da məni, fəqət mamam unuda bilmədi, hər dəfə bəlli aralıqlarla necədirlər?” “görüşürsünüz, neynirlər” suallarını verir hələ.
40 notes · View notes
minamirza · 6 months
Text
arada bir köhnə yazılarım kimlərdəsə qarşıma çıxanda profillərimi sildiyim üçün üzülürəm..
23 notes · View notes
dadaszdkh · 2 months
Text
mən bir balaca darıxmışam köhnə günlər üçün darıxmışam, uşaqlığım üçün, köhnə insanlar üçün darıxmışam mənim də bələ intizarım var.
50 notes · View notes
nferzeliyeva · 5 months
Text
Köhnə “məni” tapa bilmirəm,
İndiki “məni” də tanıya bilmirəm.
Bir insan özünə necə bu qədər yad ola bilər ki…
43 notes · View notes