Tumgik
agayevasworld · 8 months
Text
İzlədiyim filmlərlə, oxuduğum kitablarla, dinlədiyim mahnılarla, bəlkə də heç vaxt real olmayacaq xəyallarımla, cızma qara etdiyim dəftərimlə xoşbəxtəm mən. Uzaq olun məndən.
57 notes · View notes
agayevasworld · 2 years
Text
«Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı». Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez hamı öyrənir.
5 notes · View notes
agayevasworld · 2 years
Text
Sustuğum şeyler var, hiç konuşmadıklarım...İçinde kaybolduğum şehirler ve içimde kaybolup giden insanlar var...
Stefan Zweig “Satranç”
3 notes · View notes
agayevasworld · 2 years
Text
Bilirsən necədi? Getmək istəyirsən, hər kəsdən uzağa getmək, uzaqlaşmaq hər kəsdən və hər şeydən. Alınmır, bacara bilmirsən. Görə bilmirsən, sənin onlara verdiyin dəyərin yarısını görə bilmirsən. Bilirsən necə hiss edirəm, düşündüm, düşündüm cavab tapmadım, əslində mən hiss etmirmişəm son zamanlarda. Yaşamaq çətin gəlir, ama yadıma düşür ki, mən yaşamıram, sadəcə nəfəs alıram. Bezdim artıq, kimlərəsə nələrisə sübut etməkdən, layiq olmadığım sözlər eşitməkdən, gizli-gizli ağlayıb ağlamamış kimi görünməkdən, güclü görünüb əslində ən zəif mən olmaqdan, yaşaya bilməməkdən, başa düşülməməkdən, xoşbəxt görünüb üzgün olmaqdan, vecsiz görünüb ən adi sözü belə kafaya takmakdan, qısaca hər şeydən bezdim. Bəzən düşünürəm niyə də niyə, mən bunları hak edəcək nə etdim, 18 yaşım varkən niyə belə olur axı, niyə özümü 18 yaşında hiss edə bilmirəm, niyə yaşıdlarım kimi olmuram, niyə problemlərin ardı-arası kəsilmir, özümə verdiyim niyə sualları kainat kimi sonsuzdu. Yazmaq istəyirəm, kiməsə nəyisə izah etmək, məni anlamasını bilmək istəyirəm, olmur, yazmıram, demirəm, susmağı seçirəm, içimə atıram, içimə atdıqca birikim yaranır, hündür bir dağa oxşayır içimə atdıqlarımı, oradan özümü atmaq istəyirəm. Alın sizə mənsizliyimi hədiyyə edirəm, görün məndən sonra nələr dəyişəcək, arzusunda olduğunuz həyatı yaşayacaqsızmı, mənmi mane olurdum sizə, yoxsa sizmi mane olurduz özünüzə demək istəyirəm, lənət olsun ki, alınmır. Həyat adlanan bu zibil deyəsən üzümə gülməyəcək, ya da güləndə gec olacaq..
2 notes · View notes
agayevasworld · 2 years
Text
Dəyişirəm, fikirlərim dəyişir, zövqlərim dəyişir. Əvvəl sevdiyim şeyləri artıq sevməməyə başlamışam. Məsələn, əvvəl maşında gedəndə öndə oturmağı sevərdim, orda daha rahat olardım, indi artıq arxada oturmağa başlamışam. Əvvəl çox yemək yeyərdim, indi daha az yemək yeməyə başlamışam, hətta sevdiyim yeməkləri belə sevməməyə başlamışam. Əvvəl 1 günə 1 kitab bitirməyi bacarırdım, indi kitab oxumağa başlaya bilmirəm, əslində başlasam, bitirəcəm, ama başlaya bilmirəm. İnsanlarla daha az danışıram (ama bu hər zaman belə olmuşdu, asosial biri idim), sevdiyim bəzi musiqiləri dinləmirəm artıq, ama musiqisiz də yaşaya bilmirəm. Həyata kənardan baxıram. Yorğunam, dost, bu təkcə fiziki deyil, həm də mənəvi yorğunluqdu. Güclü durmağa çalışıram, artıq bacara bilmədiyimi dərk edirəm. Dərdlərimi kiməsə danışıb o insanı da sıxmaq istəmirəm, ama danışmağa da ehtiyacım olduğunu hiss edirəm. Hər şeyi içimə atmaqdan yoruluram, bəzən yazıram, ama “göndər” düyməsinə basa bilmirəm, yazdıqlarımı silirəm. Doluram bəzən, içimi tökürəm, ama sonra silirəm. Bu yaşlarımı belə təsəvvür etməmişdim, əslində mən həyatı belə təsəvvür etməmişdim, deyəsən :)) Gülürük, hüquqda oxuyuruq, dərslərimiz və maddi durumumuz yaxşıdı deyə dərdlərimiz yox sanırlar, “18 yaşın var, nə dərdin ola bilər” deyirlər, abi, sən hardan biləsən mən nələr çəkirəm? Hələ bir müəllimimiz vardı “Siz hüquqda oxuyursuz, nə dərdiniz var, işləmirsiz, uşaq saxlamırsız, yatmayın, oxuyun, sizdən oxuyan olmaz, bla bla bla” deyirdi, abi, sən hardan biləsən o uşaq nələr çəkir. Ailəmizə belə bəlli etmədən nə travmaların üstündən gəlmişik, ağlamaq istəmirəm, ama toxunsalar ağlayacam. Gözlərim dolur bəzən, səbəbsizcə ağlamaq istəyirəm, bilmirəm, mənmi hər şeyə çox anlam yükləyirəm, ya həyatmı belədi? “Bilmirəm” sözünü çox işlətməyə başlamışam. Nəysə, fikir eləmirəm, düzələn deyil onsuz. Gülək, bu gün ölmədən))
6 notes · View notes