Tumgik
elmirabadalsoy · 14 days
Text
İndi deyirsən ki, günah səndədir,
Günahı boynuma alıb gedirəm.
Mən axı, nəyini sevmişdim sənin?
Düşünə-düşünə dalıb gedirəm...
Bir ovuc kül idin, ocağın oldum,
Üşüyən ruhunun qucağı oldum,
Ömrünün ən şirin, xoş çağı oldum,
Özüm öz qədrimi bilib gedirəm...
Gəlmişdin üstümə dərdlə, kədərlə,
Dedim insandır da, tutdum min əllə,
Hardan biləydim ki, bu "məsum" üzlə,
Nələr gizlədibsən, duyub gedirəm...
Günəşim sanmışdım baxışlarını,
Sonradan öyrəndim "naxışlarını",
Ağlayan sevgimin göz yaşlarını,
Peşman qollarıma silib gedirəm...
Arzular böyütdüm, baxıb görmədin,
Başıma tac etdim, dəyər bilmədin,
Tanıdım...Utandım...Sənsə ölmədin,
İçimdə min dəfə ölüb gedirəm...
‘Şamil Ənvəroğlu
2 notes · View notes
elmirabadalsoy · 26 days
Text
Heç bildinmi, səndən nələr çəkdi can?
Dərdlərindən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
Yurdum-yuvam oldu hara?-Bilməsən,
Ürəyimi bir də qıra bilməsən,
Məzarıma yaxın dura bilməsən
Məni cahan yola salsa, incimə.
Kar qəlbini daha necə səsləyim?
Sevgidənsə bəlkə nifrət bəsləyim?
Daş ürəklim, can çürüdən tərsliyin,
Məni səndən vaxtsız alsa, incimə….
‘Vahid Əziz
2 notes · View notes
elmirabadalsoy · 1 month
Text
Hər gülən üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…
‘Hüseyn Cavid
0 notes
elmirabadalsoy · 1 month
Text
Kırdılar seni, üzdüler evet
Böldüler de böldüler parçalarına.
Bildiler seni kendilerince,
Sevdilerde, sövdülerde
Ne yapsaydılar?
Uslanmadın ki, sen de, bir durmadın ki.
Sen dursan için koşuyor, bir nefes almadın ki.
Yazdın hecelerce,
Günler, gecelerce.
Anlamazlar, aşk yanmaktır,
Ateşte ömürlerce
Olmadı, olmadı asi kuşum,
Nafile bu duruşun,
Kendini hep vuruşun.
‘Sezen
1 note · View note
elmirabadalsoy · 2 months
Text
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
‘S.Vurğun
1 note · View note
elmirabadalsoy · 5 months
Text
Bir yalan gülüşlə örtdüm üzümü,
gizləndim üzümün astar üzündə.
Neçə dost üzünə sürtdüm üzümü,
qaldı gözüm yaşı dostlar üzündə.
Çox dedim, ölərəm,
qorxan olmadı,
Çevrilib dalımca baxan olmadı,
Getdim,
o dünyaya dəydim, qayıtdım,
Getdim,
qapısını döydüm, qayıtdım,
Gülə-gülə çıxdım dostlar üzünə.
‘R.Rövşən
1 note · View note
elmirabadalsoy · 5 months
Text
Bir dostum arxam olmadı,
Mənsiz darıxan olmadı.
Ha yandım baxan olmadı,
İndi yox külümdən əziz.
‘R.Rövşən
1 note · View note
elmirabadalsoy · 9 months
Text
Mən bu Allahsız ölkədə
Azmışam yolu bəlkə də.
Hansı dalanda, döngədə,
Hansı tində tapım səni?
Bilmirəm necəsən, necə?
Bilmirəm bəlkə bu gecə
Sən idin qapımdan keçən
Tanımadı qapım səni...
‘R.Rövşən
1 note · View note
elmirabadalsoy · 11 months
Text
Gözünü yum qorxma birazdan bitəcək səslər
Küsmə taleyindən o heçnəyi etmir qəsdən
‘Orkhan Zeynallı
4 notes · View notes
elmirabadalsoy · 11 months
Text
Mənim dalğalarım xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım, xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
‘Nəbi Xəzri
2 notes · View notes
elmirabadalsoy · 1 year
Text
Heç kim səndən biri deyil, hər kəs özgədir
Və illər ötüb keçdi, kül oldum altında közlərin
Gözlərim yolunda qaldı, yox dəvası özləmin
Ən çox özüm üçün darıxıram, inan, boşdur özgəsi
‘M. Əhmədov
2 notes · View notes
elmirabadalsoy · 1 year
Text
Ağlamaq üçün bir səbəbim yoxdur,
Sevincdən havalara uçmaq üçün də,
Amma susmaq üçün çox səbəbim var.
2 notes · View notes
elmirabadalsoy · 1 year
Text
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
‘R.Rövşən
1 note · View note
elmirabadalsoy · 1 year
Text
Yenə əlimdə parçalanır ümid
Yenə dənizimə büründü dumanlar
Yenə yalanlar, yenə yalanlar...
‘qaraqan
1 note · View note
elmirabadalsoy · 1 year
Text
Deyirdin, baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar gəldi, getdi, sən gəlməz oldun.
M.Gülgün
2 notes · View notes
elmirabadalsoy · 1 year
Text
Qaçdım məni sevən gözlərdən daha,
Hamının sevgisi gözündə qalsın.
Ev tikən deyiləm sözlərdən daha,
Qoy hamı o çölün düzündə qalsın.
‘R. Rövşən
4 notes · View notes
elmirabadalsoy · 1 year
Text
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
‘R.Rövşən
1 note · View note