Tumgik
laviniaas · 4 hours
Text
(⁠。⁠♡⁠‿⁠♡⁠。⁠)
Bu gün atamla birlikdə işləyirdik, dedim gəl yarışaq. Yenə mən qalib gəldim, ama həmişəki üsulla. Uşaq olanda mənə şahmat öyrətmişdi və ilk oyunumuzda mən qalib gəlmişdim güya. Bir il susmamışdım, mən atama qalib gəldim deyə. Atam əsgərlikdə olanda TV-də əsgər göstərəndə ağlamağım, dörd-beş yaşım olanda oynadığımız qartopular, düzəltdiyimiz evlər, mənə aldığı maşınlar, mindiyimiz karusellər, öyrətdiyi oyunlar, birlikdə yığdığımız çiçəklər, ora qız gedib çıxa bilməz dedikləri, ama bizim yıxıla-yıxıla gedib çıxdığımız o şəlalə, abituriyent vaxtı hər sınaqdan sonra niyə o bir sualı səhv yazmısan qırışması, ən əsas qərarları almalı olduğum zamanlarda sadəcə mən sənə güvənirəm deməsi, hər zaman o güvəni hiss etdirməsi, mən istədim deyə imkansızları mümkün etməsi və yaza bilmədiyim daha nələr nələr. Atam heç vaxt mənə səni çox istəyirəm demiyib, ya da mən heç vaxt durduq yerə qucaqlamamışam onu. Həmişə bir sərhədimiz olub arada. Həmişə o öz ağırlığını, öz qaydalarını qoruyub saxlıyıb. Ama həmişə zarafatımız da olub, çəkinmədən istədiyimi də demişəm və həmişə də dəstək olub bütün qərarlarıma. Necə bu qədər mükəmməl olmağı bacarır anlamıram. Özünə deyə bilmərəm bura yazdıqlarımı, o heç vaxt oxumayacaq da bu yazını. Sadəcə hər dəfə biraz daha aşiq oluram, atama, anama və böyütdükləri mənə. O gün bir yazı vardı burda, eynisi: "Gözəl şeylər olacaq, çünki gözəl dualarımız var."
83 notes · View notes
laviniaas · 3 days
Text
Tumblr media Tumblr media
Bizim bir yaşımız olduu axııı 🦁
8 notes · View notes
laviniaas · 7 days
Text
Tumblr media Tumblr media
6 notes · View notes
laviniaas · 7 days
Text
Tumblr media Tumblr media Tumblr media
6 notes · View notes
laviniaas · 8 days
Text
kargolarımı gözləmək istəmirəm, qanad açıb uçsunlar
16 notes · View notes
laviniaas · 8 days
Text
Tumblr media
229 notes · View notes
laviniaas · 8 days
Text
*həyatımdan çıxarmışam
Bir zamanlar itirməkdən qorxduğum hər kəsdən soyumuşam
58 notes · View notes
laviniaas · 12 days
Text
İnsan göyüzü üçün darıxarmı?? Mən darıxmışam 🥹 bizim oraların Səma'sı
Ahh mən bu günü gündən gözəlləşən işıqlı dünyadan necə əl çəkim?!
Tumblr media Tumblr media
20 notes · View notes
laviniaas · 12 days
Text
Eehhh bee Səmaa
Söz, bir gün taa günəşin batdığı yerə qədər gedəcəm...
Və yenə söz, bir gün həqiqətən buludlara toxunacam...
16 notes · View notes
laviniaas · 12 days
Text
4-5 il sonra: olmuyub, bu gedişlə də olmayacaq
Tərpətməsələr saatlarca bir nöqtəyə baxacaq qədər, oyatmasalar günlərcə yatacaq qədər, danışdırmasalar illərcə susacaq qədər yorğunam.
68 notes · View notes
laviniaas · 12 days
Text
Bunun üstündən 3-5 il keçməsi gerçəyi....
Bəzən bir dəqiqə belə keçmək bilməzkən, necə keçir bu illər...
27 notes · View notes
laviniaas · 12 days
Text
Necəəə gözəl gün idin sən...😍
Əvvəllər çox qəşəy keçən günlərimi harasa qeyd edirdim. Bir vərəqə, hansısa kitabın arxasına və s. Uzun müddət sonra qarşıma çıxanda oxuyub bir daha eyni hissləri yaşayırdım. Deyəsən bu gün də həmin günlərdəndi. Səmanın yerlə qovuşduğu yerə getməyə bir addım daha yaxınlaşmışdım bu gün. Ağaclar, çiçəklər, meşələr, dağlar, təpələr, buz kimi bulaqlar.... Ama günümü çox da gözəl edən hər şeyin tamamilə təsadüf olmasıydı qaliba. Tam başqa bir planla çıxmışdım yola. Tam başqa yöndə keçdi günüm. Planlanmamış yolculuğları sevirəm mən... Üzdə təbəssüm yarada biləcək gözəllikləri, səmimi insanları... Səmanı sevirəm, buludları, ulduzları, papatya, bənövşə, nərgizləri... Otlardan çələk düzəldib gül-çiçəklə bəzəyib uşaq kimi sevinməyi sevirəm mən... Təbiətin səsini, nəfəsini, rənglərini sevirəm... Günbatımını, günəşin doğuşunu, Ayın hər halını sevirəm mən... Çox insanın üstündən ayaqlayıb getdiyi otları, torpağı, uçmuş bir divarı sevirəm mən... Tərk edilmiş bir evi də sevirəm məsələn, vay bəə kim bilir nə yaşanmışlıqlar vardır deyə fikirlər keçir içimdən... Bir şeyi də yazım, çox yorğunam, qaçacam sonra... İki dostum (4 və 6 yaş) var idi bu gün. Heçnəyi yox, sırf bu dialoqu illər keçsə də xatırlamağ istiyirəm.
-O pişik necə çıxıb aya?! ( Kabromdakı pişiyi soruşurlar), dedim sizcə necə? Biri dedi yəqin pilləkənlə, digəri dedi yox, hoppanıb çıxıb. Bəs çox uzaq deyil mi, deyə soruşanda biraz düşündülər, ama tapdığları yol çox daha gözəl idi. Sən demə, pişik bir yerə qədər pilləkənlərlə çıxıb, ordan sonra da hoppanıbb, gözlərindəki sevinci unutmayım deyə bu burda qalsın. Hər oxuyanda o günü, o anı təkrar yaşıyım. Həə, bir də dedilər kaş səndən yüz dənə olardı, nə qəşəy bacısan sən... saçların nə qəşəy iylənir, yanaqların pambıq kimidi, gözlərinin rəngi necə də qəşəy görünür dedilər ...( İnsandakı dəyərin meyar ölçüsünə baxın) Çoxlu çoxlu qucaqladılar, bolluca da öpdülər, necə möhtəşəm bir hiss idi anlatamam....
Bulutlara inanın, sevgili bayım, şarkılara inanın. Çocuklara ve çiçeklere, Müfredatda adı geçmeyen kitablara inanın... 😍🐼
36 notes · View notes
laviniaas · 13 days
Text
Tumblr media Tumblr media
16 notes · View notes
laviniaas · 18 days
Text
Davam edir 37, daha kəskin, daha ciddi....
Bir gün bunu rblayıb, keçdimm yazmaq ümidiylə...
Son iki qram enerjim, son bir neçə həftə....
Xəbəriniz olsun, yoldaşlar, bu qız vəkilliyə hazırlaşırrrrr
42 notes · View notes
laviniaas · 18 days
Note
yoldaşın dostundu həm də?
ürəyini rahat aça bilirsən?
Dostumdu, yoldaşımdı, sirdaşımdı, hər şeyimdi♡
Açıram tabii, arada gülüb, məzələnir, ama hər halda da başa düşür, həmişə də dəstək olur :)
Bu sualın verilmə məqsədi ney peki?
6 notes · View notes
laviniaas · 20 days
Text
Tumblr media Tumblr media
12 notes · View notes
laviniaas · 28 days
Text
Tumblr media Tumblr media
17 notes · View notes