Tumgik
aysafhar · 1 month
Text
Sən işığa öyrəşməmiş insansan. Söndürmə mənim işığımı öz zülmət baxışınla, keç öz qaranlığına və nə qədər istəyirsən bax ona.
20 notes · View notes
aysafhar · 2 months
Text
Mən hamıya işıq saçan Günəşdən daha çox, yalnız məni aydınlatan şamımı istəyirəm!
16 notes · View notes
aysafhar · 2 months
Note
Qayıtmısız)
Elə buralarda idim)
5 notes · View notes
aysafhar · 2 months
Text
Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır.
7 notes · View notes
aysafhar · 2 months
Text
Gecələr görünən təkcə ulduzlar deyil. Söndür nurbazlıq edən süni işıqları, yum gözlərini. Çox şey görəcəksən - heç kəsin görə bilmədiyi...
9 notes · View notes
aysafhar · 2 months
Text
Ali insan pisliklərdən ictimai qınağa tuş gəlməyin qorxusundan deyil, həmin işlərin pis olduğunu dərk etdiyindən çəkinməlidir!
7 notes · View notes
aysafhar · 2 months
Text
Məsələnin iyrəncliyi mühakimədə deyil, mühakiməyə layiq olmayanların mühakimə etməsindədir! Sən özün xirtdəyə kimi günahın içindəsən, olsun də, insan caizül xətadır deyib, hamının səni anlamasını umursan, amma birinin günah etdiyini görən kimi ona hücum çəkirsən, fitə basırsan, daşqalaq edirsən, iyrənc olan budur! Bir dönüb baxmalısan ki, mən mühakimə edirəm, bu mühakiməm hamıdan öncə özümü tutmurmu?! Sizi əmin edirəm, mühakimə etməzdən qabaq hamımız dönüb özümüzə baxsaq, bu günlər KİV-lərimizi, sosial şəbəkələrimizi bürüyən qınaqlarımız, mühakimələrimiz bir xeyli azalmış olar! Baxmırıq, boynumuz özümüzə tərəf burulmur axı, güzgüləri də çoxdan sındırmışıq, ona görə hamımız (içi mən qarışıq) mühakimə edirik, hamımız! Yaxşı, bəs hamımız bir ağızdan mühakimə ediriksə, onda mühakimə olunan kimdir?!
7 notes · View notes
aysafhar · 3 months
Text
İllər əvvəl bir arzum var idi, hansı ki, indi ulduzu sönmüş arzular dərəsində itkindir.
23 notes · View notes
aysafhar · 3 months
Text
10 notes · View notes
aysafhar · 4 months
Text
Azadsızmı?
Sizcə, gecə-gündüz küçə-bazarda, o tində, bu tində yatıb-qalxan adam daha azaddır, yoxsa həyətinin dörd divarını hündür hasara çəkmiş, möhkəm daşlarla hördürmüş evinin içində istədiyi kimi geyinib gəzən adam?!...
24 notes · View notes
aysafhar · 4 months
Text
Neçə illərdən sonra yenidən rəhmətlik Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" sini oxudum, Kişinin yaradıcıllığının böyük hissəsi savadsızlıqla mübarizədir. Savadsızlıq nədir? Hərəkətsizlik! Cəhalət ona görə pisdir ki, onda hərəkətdən əsər-əlamət yoxdur!
Aristotel bu mənada deyirdi ki, hərəkət edin, su belə, hərəkət etməyəndə iylənir.
18 notes · View notes
aysafhar · 4 months
Text
Şimdi açsam pencereyi beklesem
Sen gelsen
Olmaz ya hani geliversen
Hiç bir şey sormasan
Hiç bir şey söylemesen
Sussam
Sussan
Sussak.
Susuşların anlattığını dinlesek
Sırt sirta otursak
Katılasıya ağlasak
Sormasak birbirimize sebebini
Sarılsam
Sarılsan
Sarılsak.
Ve yine hiç bir şey konuşmasak
Ama anlasak
Ne vardı sahi
Olmaz ya
Hayal ya
Hani diyorum olsa ne vardı.
#CemalSüreya
15 notes · View notes
aysafhar · 4 months
Text
Bəzən yarpaqların nə vaxtsa kök olacağına inanırıq.
20 notes · View notes
aysafhar · 4 months
Text
Necə yəni yeni ilə girərkən içi boş amma yaxşı arzular falan diləsəm elə də olacaq?
Məncə hər kəs layiq olduğunu alsın və layiq olduğunu yaşasın!
Yeni iliniz mübarək!
19 notes · View notes
aysafhar · 4 months
Text
Hərəkətə və aktivliyə qarşı tarix boyu nifrət olub.
19 notes · View notes
aysafhar · 4 months
Text
Həyat bizim mülkiyyətimiz deyil, hədiyyəmizdir. Deməli, sevilməyə və dəyərləndirilməyə layiqdir!
30 notes · View notes
aysafhar · 5 months
Text
Ümumiyyətlə, düşünürəm ki, biz daha əsaslı bir dəyişiklik etməli, qonaqlığı yeyib-içməklə məhdudlaşdırmadan xilas etməliyik. Yəni "mən axşam sizə qonaq gələcəyəm." deyəndə ilk ağıla gələn yeyib-içmək deyil, dərdləşmək, söhbət etmək, intellektual paylaşım və sair şeylər olmalıdır. Hə, bunun yanında bir çay da olsa, təsadüfən evdə hər hansı bir dadlı yemək də olsa, nə yaxşı. Amma məqsəd bu olmamalıdır. Mən "intellektual paylaşım” məsələsinin üzərində xüsusi ilə dayanmaq istəyirəm. Belə qonaqlığın insana verdiyi həzzi heç nə vermir. Bəlkə də uzun illər tələbə olduğumdan belə düşünürəm, amma, zənnimcə, hamı üçün zövqlü olar. Kitab müzakirəsi, şeir mübadiləsi və sair o qədər gözəl təsir bağışlayır ki insana! O qədər rahatlayır ki, insan evə qayıdanda yediyin yeməklərin ağırlığını deyil, etdiyin müzakirələrin səni necə yüngülləşdiyini hiss edirsən.
51 notes · View notes