Tumgik
#mən gedəcəm
qasimov-a · 1 month
Text
Deməli belə Canlar bu post sevincimi Sizlərlə bölüşmək üçündür hər dəfə ağrılı acılı isyankar postlarımı paylaşıram bu gün Sizə sevincimi danışacam.Mən hər zaman oxuyub Öz ayaqları üzərində duran bir Qız olmaq istəmişəm ama bəzi səbəblərə görə heç bir istəyimə nail ola bilmirdim taki bu günə qədər mən bu gün Tibb Bacısı olma yolunda ilk addımımı atdım qarşıda məni uzun və çətin bir yol gözləsədə mən bir an olsun yıxılmadan sonuna qədər gedəcəm illərdi bu günün xəyalı ilə yatıb qalxırdım indi əldə etdiyim bu şansı son dərəcədə yaxşı dəyərləndirib işimin peşakarı olmaq üçün hər şey edəcəm mən bu gün bacardım istədiyim o Qız oldum Ümidsizlik içində olan mən bir anda Özümü ağ xalatın içərisində tapdım))əgər bir xəylınız bir istəyiniz varsa o Sizə çox uzaq kimidə görünsə əsla Ümidinizi üzməyin ondan bərk yapışın və əmin olun gec ya tez o Sizin olacaq bunu Sizə dünənə qədər hər şeydən Ümidini kəsib bu gün istədiyinə nail olan biri kimi deyirəm mən bacardım Sizdə bacaracaqsınız Arzularınızın arxasıyca getməydən vazkeçmiyin🫶🏻
51 notes · View notes
mar1iamm · 3 months
Text
Həyatım o qədər sıradan və monotondur ki, artıq bu məni yorur. Hər gün eyni şeyləri təkrarlamaqdan və nəticədə heçnə əldə etməməkdən sıxıldım. Nə bir həvəs qalıb artıq nə də bir həyəcan. Həyat axıb gedir və mən boşluqda süzülürəm, sanki nə keçmişim var nə də gələcəyim. Heç var olmamış, heç yaşamamış kimi keçib gedəcəm bu dünyadan. Həyat bundan ibarət olmamalı idi axı…
28 notes · View notes
aisel18 · 10 months
Text
Nə geyinsəm çox qəşəngsən, sənə yaraşır deyir. İndi bu oğlanla mən necə paltar almağa gedəcəm? Mən qərarsız qalacam. O da hamısını bəyənəcək. Axırda da bir şey əldə edə bilməyəcəyik shsldjdk
61 notes · View notes
starkmrjavad · 7 months
Text
Sən məni heç vaxt tapmayacaqsan, çünki sən Dostoyevskinin "İdiot"unun dəliliyinin səbəbini bilmirsən, sən heç doğru düzgün Dostoyevski də oxumamısan, hardan anlayasan?! Sən çox gözəl bir musiqiçinin sonradan dəli şeirlər yazmasını dəlilik sanmısan, başqaları kimi ona gülmüsən, halbuki sən dərinliyin dəlilik olmadığını bilməyəcək qədər dayazsan, mən sənlə necə kitabxanaya gedəcəm indi? Sənə çox sevdiyim bir əsəri alsam maraqsızdır deyəcəksən, halbuki sən "Faust"un niyə cənnətini şeytana satdığını anlayacaq qədər Gete oxumamısan.
27 notes · View notes
eira-alya7 · 16 days
Text
Sabah gedəcəm o kursu o müəllimimin qardaşının başına yıxmağa. O kursda hər şeyin həllini bir-bir yazan mənə aşağı bal verib. 2 gün sırf o 400 səhifəlik ev tapşırığını yazmaq üçün yatmamışam mən. Səviyyəsiz, gedib tanıdığı uşaqlara rüşvətlə bal yazır. Necə əsəblərimi oynatdıyee mənim.
10 notes · View notes
nesirov · 1 year
Text
4 kəpənəyin hekayəsi
Günlərin bir günü 4 kəpənək alovun sirrini tapmağa qərar verirlər. Sonra hamısı bir yerdə yanan bir alovun yanına gedirlər. Aralarında danışarkən, 1-ci kəpənək deyir : “ Birinci mən gedəcəm və alovun sirrini tapıb sizə də söyləyəcəm ” , bunu deyəndən sonra o alova tərəf gedir və ətrafında dolanandan sonra geri qayıdaraq dostlarına deyir : “ Mən alovun sirrini tapdım : Alov işıq yayan birşeydir ”. Lakin digər kəpənəklər bu cavabla qane olmurlar və alovun daha böyük bir sirrinin olduğunu fikirləşirlər. Sonra 2-ci kəpənək : “ Bu dəfə mən gedəcəm və alovun sirrini öyrənib sizlərə deyəcəm. ” deyib gedir. O alova biraz daha yaxınlaşaraq ətrafında döngə vurur və geri qayıdır. Qayıdandan sonra deyir : “ Mən alovun sirrini tapdım, alov istilik verən birşeydir ”. Lakin kəpənəklər bu cavabla da qane olmur. Sonra 3-cü kəpənək : “ Bu dəfə də mən gedəcəm və alovun sirrini tapacam. ” deyir və gedir. 3-cü kəpənək biraz daha cəsarətli davranır və alova yaxınlaşır. O alova o qədər yaxınlaşır ki, alovun qıvılcımları onun qanadlarını sıyırıb keçir. Bütün bunlardan sonra o geri qayıdır və deyir : “ Mən bu dəfə alovun sirrini həqiqətən tapdım, alov yandıran birşeydir ”. Digər bütün kəpənəklər bu cavabla qane olur amma 4-cü kəpənək heç cür qane olmur. O inadla alovun sirrinin bu qədər sadə olmadığını düşünür. Beləliklə o anidən dostlarından arasından ayrılaraq atəşə doğru getməyə başlayır. Lakin dostları hər şey anidən baş verdiyi üçün, nə olduğunu anlamaqda çətinlik çəkirlər. Və baş verənləri oturub izləməkdən başqa əllərindən heç bir şey gəlmir. 4-cü kəpənək ilk öncə alovun ətrafında döngələr vurmağa başlayır və hər döngə vurduqca alova daha da yaxınlaşır. Bir müddət sonra o alova o qədər yaxınlaşır ki, alov artıq onun qanadlarını əritməyə başlayır. O alovun ətrafında son bir döngə vurduqdan sonra, özünü alovun içinə atır. Bir anda alovun içində kiçik bir qıvılcım yanıb sönür. Və 4-cü kəpənək yanaraq kül olur. Əslində bütün kəpənəklərin arasından alovun həqiqi sirrini öyrənə bilən tək kəpənək də o olur elə. Çünki o geri gəlib, dostlarına alovun nə olduğunu anlada bilmir, onsuzda anlatması da gərəkmirdi. Çünki alov eşqdir və eşq anladılmaz, sadəcə yaşanar...
38 notes · View notes
ferqeder · 6 months
Text
ailəmdəki, yaxınlığımdakı hər fərdin inanılmaz dərəcədə psixolojik dəstəyə ehtiyacı var.
elə həddədilər ki, özlərinə zərər verməkləri o qədər aşmış ki, sevdiklərini zənn etdikləri və ətrafdakı digər dəxlisiz insanlara inanılmaz zərər vururlar. əslində heç nə üçün gec deyil ifadəsi qədər də,yalançı ümid yoxdu. bu insanlar üçün çox gecdir çox.
zatən çox yaxşı bilirəm onların yerinə təbii ki , mən gedəcəm psixoloqa. geriyə baxa bilmirəm, boynumu qırmışlar, amma az çox fərqindəyəm əslində nələr-nələr yaşamışam mən deyə.
ən qəribəsi də əvvəllər ölümcül xəstəlik kimi olan keçmişdən qurtulmağın tək yolu o xəstəliyə vadar edən şəxsləri, hadisələri bağışlamaq kimi çətin bir proseslə edə bilərəm deyə düşünürdüm. elə də edirdim,əsla nifrət etmirdim. amma artıq insan oldum, bağışlaya bilmir və nifrət də edirəm nə qədər incindiyimi xatırlayanda. fərqində olmaq məni öldürür, onların uşaqlığında nəyi yaşayıb dərindən üzüldükləri,yaralandıqları uşaqlığı, gəncliyi mənə yaşatmaqlarının fərqində olub bir neçə duyğunu eyni anda yaşayıram. necə ki sizinlə eyni dərdi yaşayan insanlar olar ya, amma o eyni dərdi sizə yaşadanlardır bunlar deyə.
dərin şəkildə analiz etdiyimdə əslində həyatımın müəyyən yerinə qədər qətiyyən sevilməyən,(bu dövrü durduran sevgisini nə qədər uzaqda belə olarkən hiss edə bildiyim dostluq və eşq olmuş ola bilər) əksinə eyni zamanda özünü də sevə bilməsin növündən tərbiyə edilən bir uşaq görürəm. əllərindən gələni edən ailələr var sanki balaca fərd böyümə prosesi və ondan sonrada da daim özgüvənsiz, pis vərdişlərə(küfür; şiddət və s) möhtac, yaşamağı əsla bacara bilməyən, travmatik dolu davranışlardan ibarət olan böyük fərdə çevrilsin və nəslini bu mükəmməl mirasla davam etdirsin .
bəzən qanadlarımın olmadığını biləndə çox yaralanır, özümü inkişaf etdirərək süni qanadlar yaradaraq bu insanlardan uçmağı xəyal edirəm. bir gün həqiqətən də bütün bu zülmətə,palçığa rəğmən işıq dolu, başarı dolu olmaq diləyi ilə Bataqlıqdan.
14 notes · View notes
minamirza · 10 months
Text
bir gün çıxıb gedəcəm.. bütün bu dünya gözəlliklərindən, xəyallarımdan, işıqdan, səndən əl çəkəcəm.. amma söz verirəm sənə, həyatının gözəl və xoşbəxt bütün anlarında mən olacam.. bildiyim hər şeyi sənə qoyub gedəcəm.. məni unutmayacaqsan..
20 notes · View notes
themsyva · 4 months
Text
Deməli ilk Tumblr "a girdikdə buranı necə bir aurası olduğunu anlamamışdım. Sadecə hislərimi ifadə etməkdə çətinlik çəkirdim,deyə mənə bu PM. adını dedilər. Heç bir şey yoxkən özümü burda tapdım. Artıq ne hiss krçirirəmsə burda yazmağa başladım. Yenidən anladımki yazmaq mənə yaxşı gəlir. Eynən bu TBL kimi. Heç bir kütləyə baxmadım. Sadecə yaşadıqlarımı bölüşəcəyim yer olduğunu bilmək mənə yaxşı gəlirdi. İnsanlardan belə.1il heçnə paylaşmadan keçirmişdim. Ama son 1ilimi burda nə hiss keçirirəmsə, mənə nə maraqlı gəlirsə hamısını burda paylaşdım. Ama artıq getmək vaxtıdır. Bilmirəm neçə gün, həftə ay bəlkə də il sonra gələrəm bilmirəm. Sadecə geri gəldiyimdə burda yeni özümlə bu yazan məni qarşılaşdırmaq istəyirəm. Ona görə 5 sual qoyub gedəcəm özümə. Geri gəldiyimdə cavablamaq üçün. Bunu oxuyanlar üçün mənasız bir şeylər ola bilər. Ama fərqliliyi sevirəm. Ona görə özümdə bunu görmək istəyirəm.
1.석사 시험에 합격하셨나요? 그럼 어떻게 된 거죠?
2.당신은 지금 기분이 어떻게?
3.새로운 일이라도 있었나요?
4.당신의 대학은 어때요?
5.당신의 가족 관계는 어떻습니까?
Yeni mən hər zaman bilki sən güclüsən və hər şeyi bacaracaqsan. Onda neçə zaman sonra görüşənədək Tumblr əhalisi.... ❤
7 notes · View notes
yagubov · 1 year
Text
Bir gün mən də nəfsimin güdazına gedəcəm..
24 notes · View notes
anar-abasow · 7 months
Text
Təsir - nəticə məsələsinə dayalı bir neçə məsələ sonrası doğrudan da hər kəsə sataşmaq istəyi, acıq çıxma istəyi yaranıb. Gülməyin yollarını axtarıram. Yatmaq istəmirəm, taaki halsız sızana qədər oyaq oluram. Səhər yaxın (6-7) yatmaqla məşğul oluram. Həm danışmaq istəyirəm həm də susub rədd eləmək. Axmaqca poslar yazıram deyib gülüm deyə. Yemək yeməyə, içməyə həvəsim yoxdu. Düzü bu neçə gündə siqareti də azaltdım. Hərdən köhnə mesajları oxuyuram, 6-7 il əvvəlki şəkilləri tapıb özümə gülürəm, hər kəsi bir-bir yada salıram. Anlamsız şəkildə darıxıram. Çox dəxlisiz şəkildə hüzünlənirəm. Çölə çıxıb hava alıram, bir-iki market redbull alıb içmək tanışlara salam vermək sonra evə qaçmaq - hamsı budu. Kitab oxumağa həvəsim yoxdu, musiqi dinləməyə həvəsim yoxdu - bəlkə də buna görə ilk dəfədi telefonum səssiz rejimdə qalır. Seriallar izləyirəm, oradakı dostluqlarçün darıxıram. Sonda oradakı aktyor və aktrisaların postlarına baxıram ki, onlar da mənim kimi keçmişə sadiq qala bilib, keçmişdəki hər kəsçün darıxıb yoxsa onlarçun bu elə belə bir şey idi. Nəysə ki 15-20 günüm var. Sonra buralar da gedəcək, mən də gedəcəm, yenilənəcəm. Burada bir zarafat edərdim gülməkçün ama ona da həvəsim yoxdu, zatən oxuyursan, sənə də yazanda elə bil hər şeyin əsəbin məndən çıxmağa hazır olursan. Nə bilim əşi. Həyat yaxşı olsun, elə sən də.
Və bilirəm, dərslər, bəzi məsələlər falan; sən də dağınıqsan. Ama mənim qədər deyil. Sən dağınıq mənsə parça-parçayam.
13 notes · View notes
ulduzlaradogruu · 3 months
Text
Sabahınız xeyiiirrrr əziz tumblr həmvətənlilərimm. Səhər səhər ilk günaydınınız məndən. Bu gün gözəl olsun, bol çaylı, söhbətli, gülüşlü, yanımızdan keçən bir balacanın üzümüzü güldürdüyü bir gün olsun. Səhər tez durun, produktiv olun. Əsl motivasiya verən adamame. Mən günün ilk kəklikotulu çayını içib, mamamı işə yola saldım. Sonrada gəlib günün planını qurdum, sizə günaydın yazdım. Şükür məktəblər tətildi. Bunlarıda niyə sizə danışdım deyə soruşmayın. Danışacaq adam yoxdu. Nəysə keçirəm dərsə, bu günün proqramı çoxdu. Motivasiyamızı pozmuruq, qətiyyən. Çünki, o akademiyaya gedəcəm. Başqa yol yoxdu. Sağoluuunn.
4 notes · View notes
aslanlii · 2 years
Text
Uzun müddərdir psixoloji problemlər yaşayırdım amma heç vaxt bu səviyyələrə çatmamışdı. Artıq tamamən dibdəyəm. Gülüb əyləndiyim yerdə birdən dəxlisiz şəkildə əsəbləşib hər yeri dağıda bilirəm, panik atak tutub nəfəssiz qala bilirəm. Ya da əsəbdən partladığım halda dəxlisiz şəkildə gülməyə başlayq bilirəm. Etdiyim heçnədən zövq almıram. Ən sevdiyim işləri, qəhvə hazırlamaq, kompyuter, telefon təmir etmək kimi məni hər zaman rahatladan işləri belə edə bilmirəm artıq. Bəzən düşünürəm deyəsən nəfəs almaq üçün səbəb qalmayıb artıq. Düşüncələrimə sahib çıxa bilmirəm. Özüm belə özümü anlaya bilmirəm. Ətrafıma dəxlisiz, özümdən asılı olmayan təyziqlər göstərirəm əlaqəsiz yerlərdə. Görürəm bunu edirəm amma özümə mane ola bilmirəm. İnsanlara ziyan verirəm amma uzaqlaşa bilmirəm. Əvvəllər istədiyim an hər şeydən uzaqlaşa bilirdim. İndi də edə biləcəyimi düşündüm amma olmurmuş. Kimsə yanımda olsun istəmirəm. Sadəcə ətrafımda səs-küy, xaos olsun istəyirəm. Halbuki bundan narahat olan birisiyəm. Mən artıq ən sevdiyim şey olan mahnı dinləməyi belə edə bilmirəm. İllik 150000 ətrafı olan spotify dəqiqəm son zamanlarda heç 5000 olmur. Səbrim çatmır, əsəbləşirəm. Telefonla heçnə edə bilmirəm, sosialda bacarmıram deyirəm amma mən artıq realda da bacarmıram. Heç kimlə rahat ünsiyyət qura bilmirəm. Heç olmayan qədər spirtli içkilərdən, tütün məshullarından istifadə edirəm bu periodda. Sanki özümü keyitməyə çalışıram amma olmur. Heçnə hiss etməsəm də beynimi susdura bilmirəm. Nə başa düşə bilmirəm, nə də susdura. Müddət uzundur və hələ də davam edir. Ya o mənə qaıib gəlib məni bitirəcək ya da ... Mən artıq ona qalib gücdə hiss etmirəm özümü. Son dəfə yazıb son dəfə gedəcəm bir gün.
37 notes · View notes
saboblame · 2 years
Text
Vaxt gələcək, mən də Cəhənnəm olub gedəcəm bu şəhərdən.
25 notes · View notes
laviniaas · 1 year
Note
salam, bir münasibətin sağlıqlı olub olmadığını necə bilmək olar səncə?
Hə bir də harasa getməzdən öncə xəbər versən və birdən getmə desə bu situsiyada nə edərsən?
Təşəkkürlər, cavablandırsan.
Sonunda bu gün Tumblr'um düzəlib ^-^-(1 aya yaxın idi, ana səhifəmdə heç bir paylaşımı görəmmirdim:/)
Və anonim də gəlmiş, mənə niyəsə ancaq belə suallar gəlir, özümü ilişkilər üzrə uzman hesab edirəm artıq ehehe :d
Salam, anonimcim. Münasibətin sağlıqlı olub-olmadığını bilmək sənin əlindədi. Məncə, bunu müəyyən etmək üçün hər hansı bir qayda falan yoxdu. İlk olaraq öz hisslərini nəzərdən keçir, onun sənin üçün hansı leveldə olduğunu, özünü onun yanında necə hiss etdiyini, nə qədər azad olduğunu, fikirlərini onunla hansı dərəcədə bölüşə bildiyini, sorunlarınız olduğunda necə həll etdiyinizi və s. Bir sözlə, mövcud situasiyanı analiz elə. Onda özün müəyyən edə biləcəksən, münasibətiniz sağlamdı, ya yox. Əgər bir tərəf digər tərəfi ( sən ya o, fərqi yoxdu), məhdudlaşdırırsa, bir tərəf digərinə nisbətən daha çox fədakarlıq edirsə, biri digərinə daha çox güzəştə gedirsə, məncə, o münasibət sağlam deyil. Hər ikiniz bərabərsiz. Hər ikiniz eyni dərəcədə öhdəlik götürməlisiz. Ən az sənin göstərdiyin qədər o da anlayış göstərməlidi, o da ən az sənin qədər fədakarlıq etməlidir. Əgər bunlar birtərəflidirsə, o münasibətin sonu yoxdu. Və qarşındakı insanın səni nə qədər manipulyasiya etməsinə diqqət yetir. Haqlı olduğun söhbətdən haqsız çıxırsansa, demək, nələrsə düzgün getmir, qarşındakı səni manipulyasiya edir.
İkinci sualını yaşamışam. Xəbər etmişdim, o da getmə demişdi, mən də kobud bir şəkildə gedəcəm demişdim və getmişdim. Ama səhv etmişdim. Situasiya belə idi ki, hava çox soyuq, yağışlı idi, mən də xəstə idim, ama getməli olduğum şey mənim üçün mənəvi cəhətdən çox önəmli bir şey idi. Onun getmə deməsində məqsədi isə məni düşünməyiydi və bugün getmə, səhər mən apararam anlamında demişdi. Mən də ayılıq edib getmişdim :D
Ama ki, situasiyadan asılı olaraq dəyişir. Əgər getmə deməsinin əsaslı bir səbəbi varsa, dinləyəndə zatən sən də ikna olub, onsuz getmiyəssən. Ama kefi istəmir deyə getmə, deyirsə, qələt edir eheheh Ciddən əgər səni məhdudlaşdırırsa, qadağa qoyursa, ujee bir düşün derim birinci sualını. Münasibətiniz sağlamdı, ya yox. ( Mən şəxsən azadlığıma düşkün biriyəm və bu mənim üçün qəbuledilməz bir şeydi. O dediyimdən başqa, demək olar ki, heç vaxt belə bir problem yaşamamışıq. Çünki ikimiz də bir-birimizin seçimlərinə hörmət edirik. Əgər birimiz digərinin etdiyinin yanlış olduğunu düşünürüksə, bunu izah edərək həll edirik. )
Bu tip şeylərdə güzəştə getməyin tərəfdarı deyiləm. Anlayışlı olmaq yaxşı bir şeydi, hətta ilişkidə ən vacib şeylərdəndir. Amaa kii, əgər bu cür anlayış, güzəşt səni məhdudlaşdırırsa, etmə.
Belə, ümid edirəm ki, sənə faydası oldu :d
8 notes · View notes
eira-alya7 · 7 months
Text
Ölürəmm, kursa necə gedəcəm mən
5 notes · View notes