Tumgik
anar-abasow · 1 day
Text
Xeyir ilə Şərin
Doğru yalan arası yer var, orda görüşək
1 note · View note
anar-abasow · 21 days
Text
Biz sevgiyə məhkumuq. Qovuşmaq mı? Onu Allah bilər.
8 notes · View notes
anar-abasow · 2 months
Text
5 notes · View notes
anar-abasow · 2 months
Text
Deyir “ilk dəfədi qarşıma normal düşüncəli biri çıxır”.
Halbuki mənlə olanda belə demirdin ama. Elə bil düşüncəsizlik etmişəm səni önəmsəməklə, və elə bil dəyər vermək düşüncəsizlikdi. Elə olsun. Can sağlığı və uzun ömür.
Və unutma, birini düşüncəli qalan hər kəsi düşüncəsiz bilməyin özü düşüncəsizlikdi.
15 notes · View notes
anar-abasow · 2 months
Text
Sırf qəlb qırmamaq, özümə yaraşanı etməkçün cavab vermədiyim hər kəs özünü haqqlı zənn etdi.
Dostoyevski.
20 notes · View notes
anar-abasow · 2 months
Text
H.O.S.T #since2007
3 ildən çoxdur ki, bu yazını yazmaq istəyirdim. Qismət bu günə imiş.
Bu cəmiyyət, kiçiyindən böyüyünə kimi HOST’a çox şey borcludu. Nə qədər danılsa da, ağız büzülsə də bu danılmaz faktdır. Zamanında kimsə yoxkən dost oldu, sənə özgür, azad düşüncə, sərhədləri qırmağı, fərqli düşünməyi, özün olmağı aşıladı. Bu hər igidin işi deyil. Kimsə yoxkən Onlar vardı. HOST sadəcə 6-7 nəfərin birləşib “rep” söyləməsi deyildi. Bir işi görərkən, məqsədin və hədəfin olmalıdı. Onların hədəfi cəmiyyət, məqsədi bu qoxuşmuş cəmiyyəti az da olsa sirkələyib özünə gətirmək idi. Bu gün, kitaba oxuyan, əlinə micrafon alıb (sizin o dinlədiyiniz repçilər), özgür iradə ilə düşünən, təklikdən qorxmayan, insanların nə dediyinə fikir vermədən özü öz başını saxlayan hər kəs HOST’a borcludu. Bu gün əgər kitab oxuyub, hədəflərinin arxasınca gedir, cəmiyyətlə eyni düşünmürsənsə burada HOST’un əli var. Yeri gəldi maarifləndirdi, yeri gəldi kimsə yoxkən onlar bizə qulaqlarımızdan ürəyimizə dost gəldi. Bu gün və bundan sonra görüləcək hər işin arxasında HOST ideologiyası dayanır. Qara kapuşon geyilməsə də, geyilən hər geyimin altında HOST yatır. Onların da dediyi kimi; Azad HOSTçular, Gəlin yumruqları qaldıraq.
125 notes · View notes
anar-abasow · 3 months
Text
Deyəsən həqiqətən mənim psixoloqa ehtiyacım var.
ya da psixoloqların mənə.
14 notes · View notes
anar-abasow · 3 months
Text
Hər kəs sevilmək istəyir ama kimsə sevmək istəmir.
Necə olacaq? Bilmirəm
14 notes · View notes
anar-abasow · 3 months
Text
Öldükcə adamlar sənə oxşuyurlar Tanrı,
Görünmürlər, dinmirlər, bilmirlər.
Bu gecə çox təkəm,
Gəl çıx da Tanrı.
Ölçüdükcə boyumu kiçilirəm
İndi zərrə boydayam,
Bir zərrəlik canım qalıb,
Sən öldürdükcə məni, mən dirilirəm.
Elə kirlənmişəm müqəddəslər babalımı yuyur,
Elə səsi gurdurki ağrılarımın,
Göyün yeddi qatından da duyulur,
Ölürəm axı…
çıx gəl Tanrı, dizində uzanım.
Bu ömür sənsiz necə keçəcək?
Yoxluğunun həqiqəti ağır, yoxdu canım.
Hər gecə körpə Anarın saçına Tanrı sığal çəkəcək.
Biraz uşaqlığımı qarışdır da çayına
Biraz sən də ağla anamın hay-vayına.
Biraz dizində yatsam nolar?
Tanrım, nolar, azca sığal çək saçlarıma.
Yəqin oxşuyar tanrının sığalı anamla atamın sığalına.
17 notes · View notes
anar-abasow · 3 months
Text
Yara izlərindən bilinir qəlbindəki həsrətin,
Qara gözlərindən görünür içindəki zülmətin.
QQ
12 notes · View notes
anar-abasow · 3 months
Text
Mən sözü üzə deyənəm.
Arxamca danışanlara elə mənim kimi sözü üzümə demək cəsarəti arzulayıram.
13 notes · View notes
anar-abasow · 3 months
Text
Öldükcə adamlar sənə oxşuyurlar Tanrı,
Görünmürlər, dinmirlər, bilmirlər.
Bu gecə çox təkəm,
Gəl çıx da Tanrı.
Ölçüdükcə boyumu kiçilirəm
İndi zərrə boydayam,
Bir zərrəlik canım qalıb,
Sən öldürdükcə məni, mən dirilirəm.
Elə kirlənmişəm müqəddəslər babalımı yuyur,
Elə səsi gurdurki ağrılarımın,
Göyün yeddi qatından da duyulur,
Ölürəm axı…
çıx gəl Tanrı, dizində uzanım.
Bu ömür sənsiz necə keçəcək?
Yoxluğunun həqiqəti ağır, yoxdu canım.
Hər gecə körpə Anarın saçına Tanrı sığal çəkəcək.
Biraz uşaqlığımı qarışdır da çayına
Biraz sən də ağla anamın hay-vayına.
Biraz dizində yatsam nolar?
Tanrım, nolar, azca sığal çək saçlarıma.
Yəqin oxşuyar tanrının sığalı anamla atamın sığalına.
17 notes · View notes
anar-abasow · 3 months
Text
Balaca adamları da sev İlahi,
Balaca adamlar səcdədə,
Gecəsi gündüzə qarışır
Qabar əlləri od daşıyır gecəyə.
13 notes · View notes
anar-abasow · 3 months
Text
Mən səssizlik şəhəriyəm, pıçıltıyla danış mənimlə,
Danışsam musiqi olar,
Sussam şeir.
19 notes · View notes
anar-abasow · 3 months
Text
Qısa qapanma.
Bölüşmək mənə görə deyil, mənə tərsdi, çünki bölüşmək paylaşıb çoxalmaqdı, mənimkisi isə təklikdi.
İllər əlimizdən alır ən gözəl adamları, ən gözəl çağları. Hərdən yaş da öz sözünü deyir. Həyatımdan gedən hər kəsə təbəssüm etdim, getməyib qalanları isə sevdim. Dəyişiklik təbiətin qanunudu ama mən dəyişməyin əksinə getdim. İllər keçdi ama dəyişmədim. Mən yenə həmən Anar’am. Düşünürdüm mənlə qalanlar da dəyişməz, məsələn 16 yaşından bəri tanıdıqlarımda varki, indi onlar ali təhsil alır, həyatında sevgilisi var, uğurlar qazanır, hətta ailə quranlar da var. Mənsə uzaqdan baxıram, uzaqdan seyirciyəm. İndi onlar daha da ciddiləşib, daha ciddi danışır, daha sərt olurlar, sanki biz mehriban deyildik. Sanki sadəcə böyüyən onlardı. Sevinclərinə sevinirəm, uğurlarına sevinirəm lakın məndən uzaqdadırlar deyə dəyişdi deyə incinirəm. Bu sadəcə yadlarla əlaqəli deyil, qohum əlaqələrim 0’dı lakın bir qohumum var ki çox dəyərlidi, o evlənəndə mən üzülmüşdüm, hətta kədərlənib gözlərimi doldurmuşdum. Mənim insanlara güvənim, yaxın bildiklərimlə aramda oluşdurduğum bağ çox möhkəmdi, ama di gəl ki, bu tək tərəfliymiş. Mən elə bilirdim bəzi insanlarla əlaqə saxlamasam da, onlar hər zaman qoyduğum yerdə dəyişmədən qalacaq, çünki mən də beləydim. Yanımda olmayanlar ağlımda oldu. Öz mənfilərimi o təmiz insanlara bulaşdırmaqdan çox çəkindiyimdən, və birdən tamamən itirmək qorxusundan özümdən uzaq tutdum. Mən hər kəsin qoyub getdiyi yerdəydim, illərdi dəyişməyən nömrə, dəyişməyən mən, dəyişməyən hisslər, dəyişməyən xarakter - xasiyyət və s. Bəzən birini yaşatmaqçun sırf onun adına adaş olanları həyatıma daxil etdim. O olmasa da ona adıyla da bənzəyən, onu yaşadacaq bişey olsun düşüncəsi. Hə axmaqcadı.
Məsələn tumblr’da 10 ildi varam, çox əla insanlar tanıdım, onlar indi uzaqlardadı, hər birinin ayrı ayrılıqda həyatları burdan uzaqda davam edir. Düşünürəm bəlkə bir gün gələr və gəldiklərində bəlkə mən də burda olaram. Bu sadəcə nağıldı və nağıllar gerçək olmur. Keçmişə bağlıyam? Bilmirəm lakın çox vaxt köhnə şəkillərdəki mən’ə boylanıb baxdığım olur. O illərin içindəki yoldaşlıqlara, xətri-hörməti hələ də məndə yaşayan insanlara.
İllərdi içki içmirəm, düşünürdüm mənlə qalanlarla bir gün oturub hər şeydən danışıb hər şeyə, gedənlərə yox qalanlara içəcəyik, bir birimizin şərəfinə içəcəyik. Ama bu gün ən son qalam da yıxıldı. Yavaş-yavaş dağılıram. İnsan çürüməyə içdən başlayır. Məsələn mən də hər kəs kimi hər şeyi rədd edib heç 0’dan deyil, qaldığım yerdən bambaşqa şəkildə davam edərdim, və ya edərəm. Ama mən dəyişməyi özümə xəyanət hesab edirəm. Axına qarşı gələnlərdənəm. Bu bir növ boğulmaq olsa da. İllərdi travmalarıyla boğuşan, hər şeyi zarafata vuran, bəzən vurdum-duymaz, daha çox öz ağrılarını ələ salıb öz ağrılarıyla zarafatlaşan adamam. Bu yerdə musiqilər və yazmaq daha doğma gəldi. Musiqilər insanlardan daha əziz, daha doğma. Yazmaqsa… Mənim yazılarım insanlardan daha ciddiydi və bunu kimsə bilmədi.
Uzun illər yazdım, harda 10 il’dən çox. Yazmaq özümü ifadə etməyin, özümü anlamağın bir yoluydu. Çünki mənə görə yazmaq dilinə möhür vuranların işiydi.
Bu post bəlkə də etirafdı bəlkə də əlvidalarımı paylamaqdı.
18 notes · View notes
anar-abasow · 3 months
Text
youtube
Bütün hekayəm 2:57’də başladı 3:37’də bitdi.
Bu mənə gəlsin.
7 notes · View notes
anar-abasow · 3 months
Text
Sevmesen de beni özledim sesini
Git desem de yine gitmesen
Yıllardır çektiğim bu hasret mi çile mi?
Haram mısın bana bi' bilsem
Bebeğim benim, hayalet sevgilim
8 notes · View notes