Tumgik
#nömrə
leventmebel · 1 year
Photo
Tumblr media
Bayraminiz mübarek olsun #novruz #baku #azerbaijan #azerbaycan #baki #travel #bayram #азербайджан #novruzbayrami #aztagrampeople #tuning #qəlyan #2018 #nömrə #istanbul #paxlava #xonca #shisha #perlamut #1 #vscoazerbaijan #xoncha #novruzxoncasi #aztagrambaku #sekerbura #aztagramazerbaijan #holiday (Baku, Azerbaijan) https://www.instagram.com/p/CqA-sv-oA3p/?igshid=NGJjMDIxMWI=
0 notes
naf1la · 12 days
Text
Ay dostlarr,instagram hesabından nömrə tapmaq olur? Ya məni gic yerinə qoyublar?
24 notes · View notes
ogunbugundur · 1 month
Text
nömrə 1 nankoram
7 notes · View notes
minamirza · 11 months
Text
kontaktda tək bir hərflə yazılan və heç vaxt silə bilmədiyin o nömrə
29 notes · View notes
azraasblog · 4 months
Text
Bir anda insan hər şeyini dəyişmək istəyir. Yaşadığı şəhəri, telefon nömrəsini, saçının rəngini, sosial medialarını...Dəyişməklə bütün düşüncələrimiz, yaşadıqlarımız,üzüntülərimiz, ilk sevgimiz,dostluqlarımız,bir sözlə həyatımız dəyişəcəkmi? Bir müddət...Sonra istəyirsən Bakıdan ən uzaq şəhərdə ol, bir külək belə insanın bütün yaşadıqlarını xatırlacaq gücə malikdir.
O nömrə dəyişəcək bəlkə də...Amma biz?
12 notes · View notes
anar-abasow · 5 months
Text
Qısa qapanma.
Bölüşmək mənə görə deyil, mənə tərsdi, çünki bölüşmək paylaşıb çoxalmaqdı, mənimkisi isə təklikdi.
İllər əlimizdən alır ən gözəl adamları, ən gözəl çağları. Hərdən yaş da öz sözünü deyir. Həyatımdan gedən hər kəsə təbəssüm etdim, getməyib qalanları isə sevdim. Dəyişiklik təbiətin qanunudu ama mən dəyişməyin əksinə getdim. İllər keçdi ama dəyişmədim. Mən yenə həmən Anar’am. Düşünürdüm mənlə qalanlar da dəyişməz, məsələn 16 yaşından bəri tanıdıqlarımda varki, indi onlar ali təhsil alır, həyatında sevgilisi var, uğurlar qazanır, hətta ailə quranlar da var. Mənsə uzaqdan baxıram, uzaqdan seyirciyəm. İndi onlar daha da ciddiləşib, daha ciddi danışır, daha sərt olurlar, sanki biz mehriban deyildik. Sanki sadəcə böyüyən onlardı. Sevinclərinə sevinirəm, uğurlarına sevinirəm lakın məndən uzaqdadırlar deyə dəyişdi deyə incinirəm. Bu sadəcə yadlarla əlaqəli deyil, qohum əlaqələrim 0’dı lakın bir qohumum var ki çox dəyərlidi, o evlənəndə mən üzülmüşdüm, hətta kədərlənib gözlərimi doldurmuşdum. Mənim insanlara güvənim, yaxın bildiklərimlə aramda oluşdurduğum bağ çox möhkəmdi, ama di gəl ki, bu tək tərəfliymiş. Mən elə bilirdim bəzi insanlarla əlaqə saxlamasam da, onlar hər zaman qoyduğum yerdə dəyişmədən qalacaq, çünki mən də beləydim. Yanımda olmayanlar ağlımda oldu. Öz mənfilərimi o təmiz insanlara bulaşdırmaqdan çox çəkindiyimdən, və birdən tamamən itirmək qorxusundan özümdən uzaq tutdum. Mən hər kəsin qoyub getdiyi yerdəydim, illərdi dəyişməyən nömrə, dəyişməyən mən, dəyişməyən hisslər, dəyişməyən xarakter - xasiyyət və s. Bəzən birini yaşatmaqçun sırf onun adına adaş olanları həyatıma daxil etdim. O olmasa da ona adıyla da bənzəyən, onu yaşadacaq bişey olsun düşüncəsi. Hə axmaqcadı.
Məsələn tumblr’da 10 ildi varam, çox əla insanlar tanıdım, onlar indi uzaqlardadı, hər birinin ayrı ayrılıqda həyatları burdan uzaqda davam edir. Düşünürəm bəlkə bir gün gələr və gəldiklərində bəlkə mən də burda olaram. Bu sadəcə nağıldı və nağıllar gerçək olmur. Keçmişə bağlıyam? Bilmirəm lakın çox vaxt köhnə şəkillərdəki mən’ə boylanıb baxdığım olur. O illərin içindəki yoldaşlıqlara, xətri-hörməti hələ də məndə yaşayan insanlara.
İllərdi içki içmirəm, düşünürdüm mənlə qalanlarla bir gün oturub hər şeydən danışıb hər şeyə, gedənlərə yox qalanlara içəcəyik, bir birimizin şərəfinə içəcəyik. Ama bu gün ən son qalam da yıxıldı. Yavaş-yavaş dağılıram. İnsan çürüməyə içdən başlayır. Məsələn mən də hər kəs kimi hər şeyi rədd edib heç 0’dan deyil, qaldığım yerdən bambaşqa şəkildə davam edərdim, və ya edərəm. Ama mən dəyişməyi özümə xəyanət hesab edirəm. Axına qarşı gələnlərdənəm. Bu bir növ boğulmaq olsa da. İllərdi travmalarıyla boğuşan, hər şeyi zarafata vuran, bəzən vurdum-duymaz, daha çox öz ağrılarını ələ salıb öz ağrılarıyla zarafatlaşan adamam. Bu yerdə musiqilər və yazmaq daha doğma gəldi. Musiqilər insanlardan daha əziz, daha doğma. Yazmaqsa… Mənim yazılarım insanlardan daha ciddiydi və bunu kimsə bilmədi.
Uzun illər yazdım, harda 10 il’dən çox. Yazmaq özümü ifadə etməyin, özümü anlamağın bir yoluydu. Çünki mənə görə yazmaq dilinə möhür vuranların işiydi.
Bu post bəlkə də etirafdı bəlkə də əlvidalarımı paylamaqdı.
18 notes · View notes
kitaplarkelebekler · 5 months
Text
WhatsApp-da Kitablar...📚🤍 kanalını izləyin: https://whatsapp.com/channel/0029VaF5lBB9xVJixEEAMR0y
Kitabları hiss edərək oxumağınız diləyi ilə...
(Kanalın izləyicisi olduğunuzda, nömrə kimi şəxsi məlumatlarınız görünmür. Əmin ola bilərsiz:)')
4 notes · View notes
Palata nömrə 13, pasient məxfi biridir!
Ağır travmaları var,qan qrupu mənfi birdir!
10 notes · View notes
yagubov · 1 year
Text
Allah bilib mənə nöş qanad verməyib.. versəydi indi Bakıda nömrə bir babnik idim. Qızlar, tak şto yatın durun Allahınıza şükür edin.
12 notes · View notes
nesirov · 2 years
Text
“ Həyat bir günlük otel nömrəsi kimidir. O nömrə mənə doğma ola bilməz, onun divarlarında xoşladığım şəkilləri asmayacam. Onu qorumayacam, kommunal borcları məni o qədər maraqlandırmayacaq, vecimə olmayacaq ki, məndən sonra bu otağa kim gələcək, vecimə olmayacaq ki, məndən əvvəl bu otaqda kimlər yaşayıb. Bu nömrəyə heç vaxt gedib təzə mebel alan deyiləm, sadəcə bir günümü keçirib gedəcəm. Amma necə? Niyə? Mən bu otel nömrəsinə niyə gəldim ki? Niyə? Otel nömrələrinin necə gözəl olduğunu görüb əylənmək üçün? Yoxsa dincəlmək üçün? Yoxsa bütün günü otelin müdürünə ibadət etmək üçün? Ya da evdən çıxıb hər kəsdən ayrı, başqa bir yerdə özümü dərk etmək üçün?. ”
© Qaraqan - Şeytanın Kitabı 📚
42 notes · View notes
ruslandavidov · 2 years
Text
Kim küsüb, kim inciyib qram vecimə deyil. 10 nömrə bir insanam. 100% nəsə pox yemisiz ona görə iynələmişəm
37 notes · View notes
naf1la · 10 months
Text
Gənclərrr, bu nömrə oğurlanmaq söhbəti nədii? Nömrən getdi, vp aça bilmirəm ama hələ də söhbət mənə çatmayıb
23 notes · View notes
mnfva · 2 years
Text
Yeni nömrə almaq Azercellə olan kreditimi ödəməkdən daha sərfəlidi:D
13 notes · View notes
minavenera · 2 months
Text
Tumblr media
Dubai mall da hər dəfə keçdiyim yolda bir parfumcu var nə vaxt keçsəm qışqırır Shakira shakira. Axır bir dəfə dedim sən hamıya shakira deyirsən? Mənim haram shakiraya oxşayır? Dedi, "hamıya demirəm, hər qadın kimisə anımsadır mənə, səni görəndə jolie ynən shakira arasında qaldım saçların dalğalı uzun olduğuna görə shakiranı seçdim." 😃
Qaldığım bina da mənə locker veriblər, 31 nömrə (ismayıllının nömrəsi) adıda shakira yazıblar mənə😂😂😂
Ümid edirəm mənim də Piquem olar, day shakira oldum gettim burda😃😃
0 notes
jubaer01 · 6 months
Text
For AZERBAIJAN CITIZENS - CANADA Government of Canada Electronic Travel Authority - Canada ETA - Online Canada Visa
Tumblr media
Address: 1033 ул. Измира, Baku, Azerbaijan
Phone: (+994 12) 490 78 18/19
Website: https://www.canada-visa-online.com/az/visa/ 
Business Hours: 24/7/365
Owner / Official Contact Name: Ram Singh Haas
Description: Kanada elektron Onlayn Viza və ya ETA və ya Elektron Səyahət Təşkilatı nədir. Elektron Səyahət Authority ETA, kağız möhürü tələb etməyən vətəndaşlar, başqa sözlə, təyyarə ilə Kanadaya gedən ofisiant vətəndaşları üçün giriş şərtidir. Elektron Səyahət İdarəsi pasportunuza elektron şəkildə qoşulur. Bu, Kanada üçün qısamüddətli vizadır. Beş il müddətinə və ya Pasportunuzun müddəti bitənə qədər etibarlıdır, hansı daha tezdir. Pasportunuz itirilibsə, oğurlanıbsa və ya zədələnibsə və ya yenilənibsə, onda siz başqa Onlayn Kanada Viza və ya ETA müraciət etməlisiniz. Etibarlı Onlayn Kanada Viza və ya Elektron Səyahət Təşkilatı ilə siz qısa müddət ərzində Kanadaya bir neçə dəfə uça bilərsiniz (adətən 180 gün və ya hər səfər üçün altı ay). Siz Hava Limanının sərhədində göründüyünüz zaman bir məmur Kanada ETA və ya Onlayn Kanada Vizasının e-poçt nüsxəsini görməyi və həmçinin pasportunuzu yoxlamağı xahiş edəcək. Təsdiqlənmiş Onlayn Kanada Vizasını alarkən hava limanına nə gətirməlisən, elektron nüsxəni və ya çapı əlinizdə saxlayın. Pasportunuz sizə Onlayn Kanada Vizasına və ya Elektron Səyahət Təşkilatına uyğun olmalıdır, o, müraciət etdiyiniz vizaya qoşulacaq. Aviaşirkətin əməkdaşları qanuni Kanada Elektron Səyahət Təşkilatına malik olduğunuzu təsdiqləmək üçün vizanı və ya ETA-nı nəzərdən keçirəcəklər. Orijinal pasportunuzu daşıdığınızdan əmin olun, əgər birdən çox pasportunuz varsa, Kanada ETA və ya Onlayn Kanada Vizanıza qoşulan pasportu özünüzlə aparın. Hava terminalında problemlərdən uzaq durun, Elektron Səyahət Qurumunuz təsdiq edildikdə və təsdiq edildikdə, Elektron Səyahət Təşkilatının təsdiq e-poçtunuzda qeyd olunan identifikasiya nömrəsinin Pasport Səhifənizdəki nömrə ilə eyni olduğundan əmin olun. Onların uyğun gəlmədiyi və uyğun gəlmədiyi halda, siz Kanada üçün başqa Elektron Səyahət Təşkilatına və ya Onlayn Kanada Vizasına yenidən müraciət etməlisiniz. Aşağıdakı ölkələrin vətəndaşları və rezidentləri Onlayn Kanada vizası və ya ETA, Polşa, Xorvatiya, Britaniyanın xaricdəki ölkələri, İspaniya, Norveç, İsveçrə, İsrail, Litva, Sloveniya, Kayman adaları, Belçika, Cənubi Koreya, Yeni Zelandiya, Rumıniya üçün müraciət edə bilərlər. Malta, Tayvan, Lüksemburq, Danimarka, Baham adaları, Barbados, Samoa, Fransa, Honq Konq, Br. Virgin Is., Yunanıstan, Hollandiya, Finlandiya, Avstraliya, Sinqapur, Papua Yeni Qvineya, Almaniya, Avstriya, Meksika, Vatikan Dövləti, Böyük Britaniya, Kipr, İrlandiya, Çili, İslandiya, Latviya, Solomon Adaları, Macarıstan, Yaponiya, Portuqaliya, Montserrat, Slovakiya, İsveç, Bolqarıstan, San Marino, Lixtenşteyn, Bruney, Andorra, Monako, Çexiya, Estoniya, İtaliya və Anguilla.  What is a Canadian electronic Online Visa or ETA or Electronic Travel Authority. An Electronic Travel Authority ETA is a entry prerequisite for those citizens who do NOT require paper stamp Visa in other words visa waiter  nationals going to Canada via Airplance. An Electronic Travel Authority is electronically connected to your Passport.
It is a short term Visa for Canada. It is valid for period of five years or until your Passport expires,  whichever is sooner. If your passport is lost, stolen or damaged or renewed, then you need to apply another Online Canada Visa or ETA. With a valid Online Canada Visa or  Electronic Travel Authority, you can fly  out to Canada multiple times for short stays (ordinarily for as long as a 180 days or six months per visit). At the point when you show up on the border of Airport, an official will request to see your Email copy of Canada ETA or Online Canada Visa and also check your passport.  What to bring to the airport when you get Approved Online Canada Visa, keep the soft copy email or printout handy. Your passport must match you Online Canada Visa or Electronic Travel Authority, it will be connected to the visa you used to apply. The airline employees  will review  your visa or ETA to confirm  that you have a legitimate Canadian Electronic Travel Authority.  Ensure that you carry the original passport, if you have multiple passports, then carry the passport that is connected to your Canadian ETA or Online Canada Visa. Keep away from problems at the air terminal, When your Electronic Travel Authority is approved and endorsed, make sure that the identification number mentioned for your Electronic Travel Authority approval email matches the number in your Passport Page. In the event that they don't align and match, you must again apply for another Electronic Travel Authority for Canada or Online Canada Visa. Citizens and Residents of the following countries are eligible to apply for Online Canadian Visa or ETA, Poland, Croatia, British overseas, Spain, Norway, Switzerland, Israel, Lithuania, Slovenia, Cayman Islands, Belgium, South Korea, New Zealand, Romania, Malta, Taiwan, Luxembourg, Denmark, Bahamas, Barbados, Samoa, France, Hong Kong, Br. Virgin Is., Greece, Netherlands, Finland, Australia, Singapore, Papua New Guinea, Germany, Austria, Mexico, Vatican City State, United Kingdom, Cyprus, Ireland, Chile, Iceland, Latvia, Solomon Islands, Hungary, Japan, Portugal, Montserrat, Slovakia, Sweden, Bulgaria, San Marino, Liechtenstein, Brunei, Andorra, Monaco, Czech Republic, Estonia, Italy and Anguilla.
0 notes
anar-abasow · 8 months
Text
İllər əvvəl marketdə kassır işləyən bir xanım vardı. Nədəndir bilinməz xoşuma gəlmişdi, ara sıra gülərdik, kiçik-kiçik flörtlər edərdik ama əsla yaxınlaşıb nömrə almaq falan olmamışdı, çox bəyənib xoşlansam da (bu arada sən ondan daha gözəlsən və bu iltifat deyil) məncə belə daha əlaydı. Bir gün marketdə uşaqlıqda tanıdığım yoldaşlardan birisinin anasını gördüm. Söhbət “Salam - Sağ ol” ilə bitəcəkkən necə oldusa evliliyə gəldi çıxdı. Mən də o zamanlar indikindən daha betər hər şeyə üsyan edir, heç bir fikri bəyənmir dərinlərə enəndim. Az dedik çox dedik, dedi bala mən oğlum Fəridi evləndirməyə qız tapa bilmirəm, indi salamat qız yoxdu indiki qızlar belədi, təmiz qız tapmaq olmur falan. Mən də bu fikrin nə qədər bekara bişey olduğunu çürütməyə çalışırdım. bəs hər qız eyni deyil zad. Dedi mən burda nə qədər qızlar görürəm(çünki orada işləyirmiş) elədi belədi falan. Dedim hamsı elə deyil. Dedi hansı qız məsələn? Bir qız göstərə bilərsən ki bəs elə olmasın? Necə tırka verdisə dedim kassır xanım elə deyil də falan. Nəysə ki çox düşündü axırda hamının elə olmadığında razılığa gəldik sağollaşdıq getdim. Bir həftədən sonra işimdən ötrü ölkədən çıxmalı oldum. 3-4 ay sonra gəldiyimdə marketə getdim. Bəs həmin xalanı gördüm bəs çox sağol zad deyir - deyirəm nolub da bəs sənin dediyin o qızı Fəridə aldım. O gün anladım bəzən boş vermək lazımdı, bəzi insanları öz fikirləri ilə buraxmalısan. Kassaya yaxınlaşanda qızın gözlərində elə bir şey gördüm ki nə yazsam izahın verə bilmərəm. O gün bu gündür hansısa qıza yaxınlaşmıram. Mənlə münasibətdə olan istənilən qız (istər tək gecəlik, istər uzun müddətli münasibət) məndən sonra həqiqətən xoşbəxt ailə həyatı qurub. Hansısa qızla azacıq flört edim, sonra işte ayrılaq 2 aya qalmaz hayatının erkeğini tapır. Bu nə lənətdisə düşüb canıma.
12 notes · View notes