Tumgik
#Düzü yazılar
bendeniz-hic-kimse · 1 year
Text
Tumblr media
Kader etrafımıza eş dost serpiştirmiş olabilir ama bu tüm Kalbimizle bağlanıp güvenip sevmek için değil...
Aksine kader bize şöyle nasihat eder ..
Denize açılmadan önce beline bağladığın kum torbasımı yoksa can Yeleğimi iyi bak çünkü insanlar denizin ortasında fırtınalı hayatı Yaşarken kalbinde çıkar menfaat yüklüdür
Ve gün yüzüne çıkmak adına seni dibe çekerler ve bunu boynuna Sarıla sarıla sırtına vura vura yaparlar
Düzü yazılar
10 notes · View notes
starkmrjavad · 3 years
Note
Tumblr'ın hazırki vəziyyəti ilə bağlı nə düşünürsünüz?
Bu aralar işdə sıxlıqdı biraz, ona görə də bir müddətdi sadəcə bacardıqca vaxt ayırıb, gəlib yazılar yazıb, gedirəm, gündəmi izləyə bilmirəm😃 Yəni, hazırda gündəmdə nədir, ya da kimlərdir, açığı bilmirəm heç.
Düzü, Tumblrdaki ilk yazımdan indiyə məqsədim dəyişməz olaraq qalıb, məqsədim sadəcə insanların günaşırı girib boş vaxtlarını keçirdiyi bir blog yaratmaq idi, oxuyub kiməsə atacaqları, kimləsə birgə oxuyacaqları, oxuduqca bəlkə də güzgüylə danışdıqlarını düşünəcəkləri və ya ləzzət alacaqları yazılar yazmaq idi. Və hələ də budur.
Yəni, Tumblr'ın mahiyyəti, sırf fərdi olaraq, mənə görə budu deyə, vəziyyəti də əvvəlkindən elə də fərqlənmir.
3 notes · View notes
slymnv · 4 years
Text
Tumblr media
Əsgərlik vaxtı da gəlib çatdı. Ya gec ya tez bu olmalı idi. Düzü yazdığım yazılar absurd kimi görünsə də, içimdəki hayqırışın eynisini yaşayan minlərlə insan var. Əminəm. Ətrafda nə baş verir, nələr dəyişir, sənin ətrafında əsas nələr dəyişir, nə baş verir, bilmirsən, görmürsən. Düzdü hər şeyin fərqində olmaq öldürür. Amma bu tam olaraq o deyil. Çox şey geriləyir. Eləcə də sən şəxs olaraq. Çox şey itirirsən. Sanki bundan qabaq itirdiklərin heç nəymiş də buna heyifslənirsən. Yox. Bu tamam başqa şeydi. İndi əlindən bir şey gəlməyəcək məsələn. Gəlsə də çox az. Yenə ondan qabaq nə baş verirdisə azca da olsa dəyişə bilirdin. Gəldikdən sonra da bir çox şeyin və şəxsin yerində olmadığını gördükdən sonra qırıntını, soyumağı demirəm hələ. Şəkildə olan yazı isə bu yazdığlarımın ən əsasını təşkil edir.
22 notes · View notes
anar-abasow · 6 years
Note
Ff 🙂
İlk öncə üzrlü bil gec yazdım.Bu “FF” siyahısı hamı kimi “xala xətir” qalmasın deyə yazmıram, bu “FF” siyahısı tamamən başqadı. İndi özün anlayacaqsan. 1. @rengsiz mən çox axtardım köşə yazarı şükür olsun bir neçəsini də tapdım. Rengsiz xanım köşə yazarı olmasa da mənimçün elədi. Onun yazılarını oxuyarkən sanki elmi araşdırmada oxuyursan. Məsələn “su” deyirsən, o sənə suyu o qədər geniş izah edir ki, sonunda suyun kökünü başa düşürsən. Bir-neçə dəfə söhbətimiz olub bir-neçə yazı barədə və ünsiyyət qabliyyəti, hövsələ, hətta çaşmadan eyni fikirdə qalmaq (insanlar vardır başqaların fikrini görüncə fikrini dəyişər), ədəb, ərkən, sərt olmayan yumuşaq rəsmiyyət. Çox gözəldi həqiqətən. Yazdığı istənilən mövzudakı yazını oxusanız, çox şey əldə edərsiz.2. @melikeh Allah bilir ki xanımı tanımıram. Bir dəfə Sofinin dünyası kitabını göstərib verməmək kimi bir şey etmişdi) tanımasam da çox sevirəm bu bloqu. Çox ədəbli yazılar yazır. Xanım bilmirəm dindardır yoxsa necə ama Yusif və Züleyxa sevgisi ona elə hopub ki, Allahdan ona Yusif və Züleyxa kimi sevgini əta etməsini dua edirəm. Həqiqətən çox əla bloqdu. Bu dəlixanadan başınızı götürüb bu bloqa gələ bilərsiz.3. @nothing-zero qonşudu qonşu. Mən bu adamı hər zaman buraya işarələyəndə nə deyəcəyimi bilmirəm. Çünki çox səmimi yazır. Yazdığında ironiya belə səmimidi. Səmimiyyət çeşməsisən qonşu boY))4. @naragasan tumblrda ən çox onun paylaşdığı mahnıları dinləyirəm. Bloqu şəkillərdən ibarətdi. Çəkdiyi şəkillər amateur olsa da çox əla çəkir. Mənə professional fotografdan çox amateur fotoqrafçılar xoşdu. Çünki görmək istədiyim bir çox şeyi onlar göstərir. Ukrayna forever!)5. @ulya-sTumblrda Sofi, Mery və (sözün düzü yaddan çıxdı karakterler) s. yazmağımın tək səbəbini bilən və deyən. Bu qədər adam gerçək sevdiyi qızdı zaddı deyirdi ama sağolsun bu xanım açıq aşkar deyir səbəbin)) Kinogirl! Baxmadığımız filmləri tapıb deyirik. Ədəbiyyat cəhətdən əladı həqiqətən. 1 ildi tanışıq belə çox da danışıb eləməmişik, ancaq elə film, kitab zad. Ama tövsiyyələri əladı.6. @birkardelenkadarolamadik ax Mila, ax. Sənlə kaş bizim bu gənclərin qulağına məsafələrin nə qədər boktan və nə qədər iyrənc bəhanə olduğunu pıçıldaya bilsək. İzah edə bilsək ki gerçək yoldaşlıqlar ortaq varlıq yox, ortaq yoxluq içində qurulur. Kaş izah etsək ki, gerçək yoldaşlar “necəsən” deməz, “nə olub” da demək, sadəcə dinlər. Çünki gerçək yoldaşlar necə olduğunu və nə olduğunu bilər.7. @silencefa uzun müddətdirdi danışmırdıq. Şəxsiyyətinə hörmətim sonsuzdu. Mənə buludların şəklin atacaq Rusyada. Dediyinə görə Rasinski buludlar gözəl olur :d Yoldaşlığı bacaran biridi. Saf və xoş qəlbli biridi. Sözü üzə deyən biridi. Ən azından mənə “camaat itlə çəkdirir cool olur sən cücəylə şəkil çəkdirsən” deyəndi. Pis kapak olmuşdu ama babat gülmüşdük. Nostolgia :d8. @fatyatde indi bloqunu bəyənmirəm. Çünki şəkillər falan paylaşılır. Lakın bu xanımın gerçək fikirlərini bölüşdüyü, yəni öz yazdığı postlar onun gün ərzində paylaşdığı 1000 postdan daha gözəldi.9. @qirmizi harda oluramsa olum nece oluramsa olum sağ olsun tapıb çıxarır. Gözəl motivasiya verir. Həm də çox mədənidi. Tərbiyəli. Qabiliyyətlidi. Allah arzularına çatdırsın, Allah səni bəxtiyar, xoşbəxt etsin. 10. @ag-qara sözün düzü bloqu heç sevmirəm çünki copy paste edir ama keçən gün bir şey kəşf etdim. Copy də etsə insanları düşündürməyi bacarır. Məqsəd inkişaf etməksə buna dəstək çıxır. 11. @tozlukuceler az çox fikir və düşüncələri ilə tanışam. Qəribə xasiyyəti var. O bu ölkənin yox, başqa bir diyarın tozlu küçələri. Həqiqətən. Açıq sözlü olmağı çox sevindirir. 12. @afsanaccount kitab qoxusu deyim siz anlayın. Adam kitab manyakı. Bildiyiniz mənada. Bu xanımla da çox danışmıram ümumən mən kimsəylə danışmıram hələ çox heç danışmıram. Nəsə. Deməli bu adamı 40% kitab satışı səhifələri Dostoyevski dəlisi kimi tanıyırlar. Mən hələ Dostoyevski levelinə keçə bilməmişəm. P.S: Əslində Dostoyevski deyəndə ağlıma başqa biri gəlir.13. @joybagirova yardım istəyin sizə əlindən gələni etməzsə sizi buraxmaz. Çox yaxşı haldı bu. Yardımsevər olmaq. İnsana dair fikirləri çox gözəldi həqiqətən. Prosta o fikirləri özündə gizlədir :d14. @hsnyqbv bir ara incimişdim ama sonra yoluna qoydu sağolsun. Can yandırandı ama ağlına nə gəldi edir. Düşünmür. Adamın beyninin sanki bir hissəsi işləmir. Ama bəzən beyni yaxşı işləyir :d 15. @msadra bu yoldaşla çox danışmamışam. Tumblrın görüşünə də gələ bilmədi. Ancaq fikirdən zəngindi. Bu fikirləri də bolluca bloqunda paylaşır. Araşdırma üslubu xoşuma gəlir. 16. @writer77 çox belə güclü aramız yoxdu. Lakın gözəl fikirlər səsləndirir. Yəni sırf gözəl fikir olması deyil məsələ, məsələ səmimiyyətdi. Yavşayan deyil bəziləri kimi. Ağlı başında biridi.17. @jafarmammad sənə nə deyim görəsən? Çox hörmət edirəm. Çünki buna dəyər biridi. Hələ bir stəkan çay içə bilməmişik. Nolsun?! Şərt deyil görüşmək. Biz gözəl mövzuların sədaları altında görüşürük. Allah vücudun salamat eləsin. Can sağ olsun. Həqiqətən bu adamın yeri məndə ayrıdı. Bəzi çürük insanlar yanlış söz aparıb gətirib, aranı qatmaq istəsə belə. 18. @aydantahmazli Bu bloq dünya səyahətimdi. Çox möhtəşəm tarixi şəkillər paylaşır. Öz yerlimizin xaric sərgüzəştləridi. Əladı.19. @aynur-atabeyli mümkünsə girin oxuyun. Çox şey öyrənərsiz vAllah. 20. @semafuadqizi jurnalist. Yazdığı yazılara vaxt ayırın oxuyun görün necə insanlar var. Belə insanların qədri bilinməli. Bu saydığım adamlar bəziləri kimi deyil. Bunlar bloqdan özgə gözəl mənəviyata sahibdirlər. Bu insanların 96%-i bloq deyil. İnformasiya, fərdi inkişaf vasitələridi. Yəni bu insanları oxusaz və ya tanısaz, düşüncələri ilə tanış olsaz həyatınızda bir dəyişiklik əminəm ki olar. Bu insanlar hamılaşmayan tərəfdi .Hörmətlər.
38 notes · View notes
listeliyi · 7 years
Link
via "Biz siçovul idrarı içir, öküz dərisi yeyirdik" - Bəxtsiz qəhrəman http://ift.tt/eA8V8J Əvvəllər dünya səyahətinə çıxmaq istəyən səyyahlar ya yoldaca quldurlar, vəhşi heyvanlar tərəfindən öldürülür, ya da əsir-filan düşürdülər. Fernan Maqalyaynşın (Magellan) bu sarıdan bəxti gətirsə də, onu ümumilikdə bəxtəvərlər sırasına qoşmaq mümkün deyil. O, uğurları ucbatından problem və xoşagəlməz hadisələrlə üzləşməyə məcbur edilmişdi. Bəli, bu böyük dəniz səyyahı 1480-ci ildə doğulub. Düzü, doğum yeri məlum deyil. Bəzi araşdırmaçılar onun Portuqaliyanın Sabroza şəhərciyində, bəziləri isə Portoda dünyaya gəldiyini deyir. Bildiyimiz qədər o, zadəgan ailəsinin övladı olub. Və ondan başqa daha 4 övladı olub, ailənin. Fernan kosmoqrafiya, naviqasiya və astronomiyanı yaxşıca öyrənib, araşdırıb. Ən əsası isə kiçik yaşlarından dəniz vurğunu olub. Həyatın ironiyası O vaxtlar Portuqaliya Avropanın cənub-qərbində kiçik ölkə idi. Torpaqlarının sahəsinə, zənginliyinə, sərvətlərinə görə isə Yer kürəsində birinci yeri tuturdu. Avropadan Afrika və Asiyaya əsas ticarət yolu bu ölkədən keçirdi. Portuqaliyanın avropalı rəqibləri 1505-ci ildə portuqal eskadrasına hücum edəndə Fernan da 500 portuqalın arasında idi. Həmin hücumda Magellan özünü Şərqin ticarət yollarının hökmdarı kimi təsdiq etdi. Lakin növbəti döyüş zamanı yaralandı və onu Şimali Afrikaya sürgün etdilər. Bir müddət sonra isə o, kəşfiyyat ekspedisiyasıyla Malakka limanına (indiki Sinqapur) çatdı. Həmin gəmi səyahəti zamanı Magellan malayziyalıların hücumuna məruz qalacaqlarını hiss edərək, daha bir cəsarətli addım atdı: katalizatorluq edən bir nəfərin başını kəsməyi əmr etdi. Digər bir nəfəri isə kimsənin olmadığı limanların birində qoyub və yoluna davam edib. Azamor qalasının mühasirəsi vaxtı isə atından məhrum oldu və döyüş zamanı ayağından yaralandı. Elə o vaxtdan, ta ömrünün sonuna kimi axsaq qaldı. Portuqaliyada olmadığı 7 il ərzində şəhər nağıllar diyarı kimi dəyişilmişdi. Yeni ticarət müəssisələri, evlər, qalalar və məbədlər... Sanki şəhərə sehrli çubuq dəymişdi. Lakin elə o vaxt da kasıb kasıb idi, varlı da məlum məsələ... Qəribə təsadüf Bir məsələyə diqqət etmək lazımdır. Səyahət etməzdən əvvəl Magellan Cənubi Amerikaya xəbər göndərir və dünya səyahətinə çıxmaq istədiyini deyir. Təklifə baxan tərəf dərhal xəritəyə nəzər salır və nədənsə qorxaraq, təklifi rədd edir. Portuqaliyanın adına gələcək bütün uğurlar dünya ölkələrini narahat edirdi. Magellan isə Portuqliyadan Qərbə su yolunun mümkün olmadığını başa düşür və İspaniyaya gedərək oradan tamamilə əks istiqamətə - Cənubi Amerikaya yola düşür. O zaman portuqallar sadəcə Hindistana su yolu ilə gedə bilirdi. 1520-ci ilin iyunu və Magellan dünya səyahətinə başlayır. Lakin bədbəxtlik onun yaxasını buraxmır. Özünün də içində olduğu gəmi riflərə dəyir və Magellan heyəti ilə birlikdə bütün qışı sahillərdə keçirməli olur. Səyahətə davam edəndə isə zabitlər üsyan etməyə başlayır. Magellan da yenidən əks tərəfə - İspaniyaya qayıtmalı olur. İspan gəmisində Magellanın tanış olduğu Antonio Pigafettanın gündəlik yazmaq vərdişi var idi. Və elə həmin yazılar sayəsində tədqiqatçılar onların hansı yollardan istifadə etdiyini və hansı şəraitlərdə olduqlarını araşdıra bilib: "Biz suxarı yeyirdik, amma bu normal suxarı deyildi. Qurd daraşmış suxarı tozu idi. Su yerinə siçovul idrarı içirdik. Öküz dərisini yeyirdik. Onu 4-5 gün dəniz suyunda saxlayırdıq, sonra yeyə bilirdik". 1521-ci ilin mart-aprel səyahəti zamanı ispanlar (avropalılar) ilk dəfə Filippin adalarına çıxmağa nail olurlar. Magellan oranı "Müqəddəs Lazar arxipelaqı" adlandırırdı. Bu uğurdan sonra onlar normal yemək yeyə bildilər, gəmidəki xəstələri müalicə etdilər və manevrlər edərək yenidən yola düşdülər. Beləliklə, heyət tamamlandı və beləcə Magellan Yer kürəsini dövr edən ilk insan oldu. Antonio Piqafettanın İspaniyada saxlanılan məxfi əlyazmalarından: "Düşdüyümüz adanın sakinləri dayanmadan bizi təqib edirdilər. İstifadə olunmuş nizələri bizə atırdılar. Bizim admiralımızı tanıyandan sonra məhz onu nişan almağa başladılar. Bir neçə cəhddən sonra admiralımızı yaralamağı bacardılar. Yaralanan kimi digər sakinlər də hücum etməyə və müxtəlif silahlarla onu sancmağa başladılar. Bəli, onlar bizim güzgümüzü, işığımızı, təskinliyimizi və əsl başçımızı belə öldürdülər. Bir il yarım sonra səyahətimizi sonlandırdıq və İspaniyaya sadəcə bir gəmi, 18 gəmiçi ilə qayıtdıq. Haqsızlıq isə Magellanı ölümündən sonra da təqib edirdi".
0 notes
listeliyi · 7 years
Link
via "Kim çaşırsa, aşır, yolundan çıxırsa..." - İcra başçısı http://ift.tt/eA8V8J Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyevin "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir. - Əhəd müəllim, son günlər Azərbaycanla bağlı olduqca maraqlı proseslər gedir. Onlardan biri də blogger Aleksandr Lapşinin ölkəmizə eksdradisiya edilməsidir. - Müsahibənin lap əvvəlində sizdən bir xahiş edəcəm. - Buyurun. Nə xahişdi? - Mənim sözlərimi olduğu kimi verin. Çünki bəzi qəzetlər, saytlar, fikrimizi qərəzli şəkildə və bilərəkdən təhrif edirlər. - Narahat olmayın. Nə danışsanız, hamısını verəcəyik. - Aleksandr Lapşinin Bakıya gətirilməsi Azərbaycanın bir dövlət olaraq nüfuzunu və gücünü göstərən hadisədir. Həmçinin ölkəmizin başçısı cənab İlham Əliyevin ölkəsi və xalqı üçün necə bir fədakarlıq etməsinin, prinsipial mövqe tutmasının sübutudur. Lapşin Azərbaycanın qanunlarını pozaraq, işğal altında olan ərazilərə səfər edib, Azərbaycan dövləti və azərbaycanlılar barədə qərəzli, təhqiramiz məqalələr yazmışdı. Budur, artıq o, Azərbaycan Respublikasının qanunları qarşısında cavab verir. Bu, bizimlə bağlı yanlış mövqe tutan hər bir kəsə dərs olmalıdır. Bu şərəfsizlər anlasınlar ki, Azərbaycanın qanunlarını pozub sonra rahat gəzib-dolaşmaq mümkün olmayacaq. - Bəziləri Lapşinin Bakıya əl-qolu bağlı gətirilməsinə irad bildirirlər. - Bəli, yaramazlar həmişə olub, var və olacaq. İndi neynəyək, ölkəmizin və xalqımızın ünvanına təhqiramiz ifadələr işlətmiş, işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər etmiş birini Azərbaycan dövləti cəzalandırırsa, özü də yerli və beynəlxalq qanunlara əsasən, bundan bəziləri niyə narahat olur?! İnanın, Lapşin gətirilməsəydi, onlar yazacaqdılar ki, hakimiyyətin bir siyasi oyunbaza gücü çatmadı. Bu, diplomatik bir qələbədi. Lapşinin həbsi və ölkəmizə verilməsi Azərbaycan-Belarus dostluğu və dövlətimizin beynəlxalq aləmdəki gücünü göstərdi. Bir daha da bütün dünyaya bəyan edilmiş oldu ki, möhtərəm cənab Ali Baş Komandanın apardığı xarici siyasət yüksək nəticələr verməkdədir. Qarabağa, böyük qələbələrə gedən yol bu cür başlayır. Azərbaycan prezidenti hörmətli İlham Əliyevin apardığı bu işlər həm daxili, həm xarici düşmənlərimizin yuxusunu qaçırıb. Onlar Azərbaycanın qüdrətli dövlət, güclü ordusunun olmasını həzm edə bilmədikləri üçün özlərinin çirkin fəaliyyətdən əl çəkmirlər. Onlar da xaricdə fəaliyyət göstərir. - Bəzən daxildə düşmən axtarmaq, sizcə, yanlış deyilmi? - Düzdür, bəziləri dövlətə, iqtidara qarşı düşmənçilik edirlər. Bilirsiniz ki, Azərbaycan prezidenti olduqca humanist insandır. İqtidara qarşı qərəzli münasibət bəsləyən, xarici dairələrin sifarişi ilə ölkəmiz haqda olmazın böhtanlar danışan, qərəzli məqalələr yazan adamları cənab prezident zaman-zaman əfv edib, onlara yeni bir şans verib ki, səhvlərini düzəltsinlər, bir daha çaşmasınlar. Amma onların içində səhvini anlayıb haqq yola qayıdanlar da olub. Lakin təəssüf ki, dövlətə və xalqımıza qarşı düşmənçilik apararaq bu yanlış yoldan dönməyənlər də var. Belələrinin pulu xarici erməni dəyirmanına su tökən xarici fondlardan gəlir. - Əhəd müəllim, yeri gəlmişkən, Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi ilə bağlı aparılan işlərlə maraqlanırsınızmı? - Əlbəttə. Hər gün, hər saat o mövzu diqqətimizdədi. Möhtərəm prezidentin Qarabağın işğaldan azad edilməsi ilə bağlı gördüyü işlər göz qabağındadır. İstər diplomatik müstəvidə olsun, istər siyasi, istərsə də hərbi, Ali Baş komandanımız gecə-gündüz dayanmadan çalışır. Müharibə təkcə cəbhə xəttində, səngərlərdə aparılmır. Bu gerçəyi hər kəs bilməlidir. Cənab İlham Əliyevin siyasi-diplomatik səngərdə, cəbhədə gördüyü işlərin bəhrəsini xalqımız yaxın zamanlarda görəcək. Cocuq Mərcanlı böyük qələbənin başlanğıc mərhələsidir. Möhtərəm prezidentimiz bizi böyük qələbəyə, doğma yurda qayıdışa - Qarabağın işğaldan azad edilməsinə doğru aparır. - Son vaxtlar ayrı-ayrı təşkilatlar, Cocuq Mərcanlıya gedirlər. Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də ora gedəcəklər. Bu səfərlərin təşkilini necə qiymətləndirirsiz? - Açığı, bu mövzuya toxunacaqdım, məni qabaqladınız. Azərbaycan üçün hazırda ən həssas və vacib mövzulardan biri də Cocuq Mərcanlıya dönüşlə bağlıdı. Bu kənd bizim üçün Qarabağa, işğal altındakı torpaqlarımıza açılan qayıdış qapısıdı. Ona görə də hər bizimiz Cocuq Mərcanlının bərpası istiqamətində təşəbbüskar olmalıyıq. Şəxsən mən təklif edirəm ki, bütün rayon icra hakimiyyəti başçıları Prezident Administrasiyasının razılığı əsasında qruplar halında Cocuq Mərcanlıya səfər etsinlər. Xalqın, yerli əhalinin içinə getmək, onlarla çiyin-çiyinə dayanmaq, probleminə yaxından bələd olmaq lazımdı. Bu, Ulu Öndərimiz Heydər Əliyevin yoludur. Bu, bizim əziz prezidentimiz İlham Əliyevin siyasətidir. Ölkəmizdə prezidentin rəhbərliyi ilə islahatların yeni mərhələsi başlayıb, görüləcək işlərlə bağlı tapşırıqlar verib. Həmçinin cənab prezident bu günlərdə nəşi düşməndən alınaraq böyük təmtəraqla dəfn edilən şəhid Çingiz Qurbanovun ailəsini qəbul etdi. Çingizin valideynləri ilə xeyli söhbət etdi, ona ölümündən sonra milli qəhrəman adı verdi. Cənab prezident "Qızıl ulduz"u şəhidin atası Salman Qurbanova təqdim etdi. Bu mükafat təkcə Çingiz Qurbanova deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərə verilən qiymətdir. Bunları xalq görür, ki, cənab prezident əsgər və şəhid ailələrinə sahib çıxır, onlara diqqət və qayğı göstərir. Biz məmurlar da Ali Baş Komandanın bu davranışından nümunə götürərək yerlərdə onun bu uğurlu siyasətini davam etdiririk. - Əhəd müəllim, son vaxtlar sizinlə bağlı bəzi saytlarda yazılar gedir. Gah yazırlar, müşavirədən sonra əhvalınız pisləşib, gah da reket mətbuatla adınızı hallandırırlar. - Bunlar hamısı cəfəngiyatdır. Sağlam jurnalistika heç vaxt belə yazmaz. Mənim mətbuata münasibətim həmişə normal olub. Jurnalistlərlə arama heç vaxt sədd çəkməmişəm. Nə zaman müraciət ediblər, onlara müsahibə vermişəm. Baxın, indi siz zəng etmisiniz, verdiyiniz sualların hamısına cavab verirəm. Amma bəzi saytlar var ki, barəmdə ağızlarına gələn mənim demədiyim cəfəngiyat şeylər yazırlar. Mən cənab prezidentin rəhbərliyi ilə keçirilən müşavirədən çıxarkən mobil telefonumu açdım, qardaşımın rəhmətə getməsi xəbərini aldım. Qardaşının ölüm xəbərini alan insanın əhvalı təbii ki, pisləşər. Bu xəbər yayılandan sonra bəzi qəzetlər mənə zəng vurdular, vəziyyəti izah etdim. Çox sağ olsunlar ki, doğru-düzgün xəbər hazırlayıb sayta və qəzetə verdilər, hər kəs də həqiqəti bildi. Qaldı ki, barəmdə yazılan digər iftiralara. Bilirsiniz, istər deputat kimi fəaliyyət göstərdiyim vaxtlarda, istərsə də icra başçısı vəzifəsini icra etdiyim bu 6 illik müddətdə ən çox reket mətbuatdan əziyyət çəkən məmur olmuşam. Belə olduqda hansı məntiqlə mən reketlərə himayədarlıq edə bilərəm?! Mən normal, əxlaqlı, düzü düz, əyrini əyri yazan jurnalistlərə böyük hörmət bəsləyirəm. Amma reket mətbuat... Bu, mənlik iş deyil. Həmişə də onlara iradımı bildirmişəm. - Bu yazılardan sonra müəyyən qeyri-ciddi şayiələr yayırlar. Və Prezident Administrasiyası adından danışırlar. - Bilirsiniz, Prezident Administrasiyası rəhbərliyi və orada işləyənlər təcrübəli insanlardan ibarətdir. Onlar hansı saytın hansı məqsədlə yazdığını gözəl bilirlər. Həmçinin təyin etdikləri kadrları da çox yaxşı tanıyırlar. İstər cənab prezident, istərsə də onun komandası yerlərdəki kadrlarına hansısa reket saytın, qəzetin şantajçı, böhtançı, qərəzli yazısı ilə deyil, sırf o kadrların fəaliyyəti ilə qiymət verirlər. Biz bu iqtidara, dövlətə, xalqa boş-boş sözlə yox, fəaliyyətimizlə, həmçinin sədaqətimizlə xidmət göstəririk. Kim çaşırsa, aşır, yolundan çıxırsa, layiqli cəzasını alır. - Əhəd müəllim, bu gün ölkədə nümunəvi rayonlar, şəhərlər, bölgələr varmı və ilk sırada hansıların adlarını çəkərdiniz? - Mən müstəqil Azərbaycanda 15 il deputat, 6 ildir də icra başçısı olmuş şəxs kimi deyə bilərəm ki, Azərbaycan özü dünya üçün bir nümunəvi hüquqi-demokratik dövlətdir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, terrorsuz bir mühit var. Bunlara görə ölkə başçısı, cənab İlham Əliyevə minnətdar olmalıyıq. Həmçinin hüquq-mühafizə orqanları etibarlı əllərdədi. Vahid rəhbərlik var. Qaldı ki sizin sualınıza... Birmənalı olaraq bildirirəm ki, bu gün Naxçıvan Muxtar Respublikası hazırda nəinki Azərbaycan üçün, region ölkələri üçün bir nümunəvi modeldi. Cənab prezidentin rəhbərliyi ilə hörmətli Vasif Talıbov hazırda Naxçıvanda böyük quruculuq-abadlıq işləri aparır. Bütün sahələr üzrə gözəl işlər görülüb və görülməkdədir. Ora gələn turistlər, diplomatik qonaqlar, həmçinin qonşu dövlətlər olan İran və Türkiyə vətəndaşları bu inkişafı, yeniliyi görüb Azərbaycanla bağlı təsəvvürləri daha da müsbətə doğru dəyişir. Xatırladım ki, Naxçıvan yarımblokada şəraitindədir. Lakin buna baxmayaraq Muxtar Respublika hazırda özünün inkişafının zirvəsini yaşayır. Bütün dünya dövlətləri ilə siyasi və iqtisadi əlaqələr qurulub. Məncə, bütün bunlar sizin sualınıza ən yaxşı cavabdır.
0 notes