Tumgik
#Yunan Filosofu
nesirov · 3 months
Text
“ Platonik Eşq ” termininin etimologiyası
Əfsanəyə görə məşhur yunan filosofu olan Platon, bir gün bir qadına aşiq olur. Lakin qadına qarşı olan eşqini bütün həyatı boyu ondan gizlədir. Hətta həmin qadınla əsla birlikdə olmamasına rəğmən, ona daxilən sədaqətini davam etdirir. Bu səbəbdən Platon həyatı boyu əsla evlənməmişdir. Buna səbəb isə Platonun, həqiqi sevginin yaşana bilməyəcək qədər ali bir duyğu olduğunu düşünməsi idi. Platano görə, həqiqi sevgi, insanlığın çox ötəsində, əlçatmaz və toxunulmaz bir duyğudur. Və bəşər oğlu əsla onu yaşaya biləcək qədər aliləşə bilməz. Bu hissə “ Platonik Eşq ” adının verilməsinin səbəbi isə Platon'un “ Dövlət ” əsərindən irəli gəlir. Çünki Platon bu əsərində, əsla mövcud ola bilməyəcək qədər qüsursuz bir dövləti təsvir etmişdi. Bilinənin əksinə “ Platonik Eşq ” ifadəsi, qarşılıqsız eşqi yox, tam əksinə, yaşana bilməyəcək qədər qüsursuz bir eşqi təsvir edir. Hətta Platon “ Alkibiades |, || ” əsərində eşqinin aliliyini belə təsvir etmişdi :
“ Səni sadəcə mən sevirəm. Digərləri sənə aid olan şeyləri sevirlər. Sənə aid olan şeylər bir gün solub gedəcək, amma sən mənim qəlbimdə daima çiçək açmağa davam edəcəksən. ”
60 notes · View notes
shahinelected · 7 months
Text
Tumblr media
Diogen adlı qədim Yunan Filosofu, tarixdəki çılğınlığı ilə yadda qalmışdır!
Böyük İsgəndər belə, onun önündə əyilmək məcburiyyətində qalmışdır!
Ona "İt" deyən birinə, "Əgər mən bir itəm isə, buna təəccüblənməməlisən?!" deyərək, adamın ayağına işədi.
İctimai yerdə masturbasiya edərkən, ələ keçən zaman, "Kaşki qarnımı belə ovuşdurarkən, aclığım da keçsə!" demişdir.
Bir fahişə Qadının Oğlu topluma daş atan zaman, ona "Diqqətli ol Oğlum, atanın canına zərər verə bilərsən!" deyərək, onu məsxərəyə qoymuşdur.
İnsanları ələsalmağı sevən bu Filosof, hədəfi tutdura bilməyən bir ox atan görəndə, hədəfin önünə oturaraq, "Budur, dünyanın ən təhlükəsiz yerini tapdım!" dedi.
Böyük İsgəndər ona, "Sənin üçün edə biləcəyim bir şey varmı?" deyə soruşduğu zaman, cavabında, "Bəli! Yolumdan çəkil, günəş işığının qarşısını tutursan!" deyərək, onu acıladı.
Böyük İsgəndər o qədər təsirləndi ki, Dostlarına, "Əgər İsgəndər olmasa idim, onun kimi olmaq istərdim!" demişdir.
#shahinelected #fəlsəfə #fəlsəfəçilər #filosofia #filosof #felsefe #felsefekulübü #felsefegram #felsefenotları #felsefegünlüğü #felsefekitapları #felsefesozleri #felsefetaşı #felsefem #çılgın #cilgin #dəli #dəliyazar #yunan #diogen #mizah #prikol #prikollar #zarafat #zarafatyana #blog #blogger #bloger #bloq #bloqqer
0 notes
melikeagha · 3 years
Text
Bir gün qədim yunan filosofu Anaksimen şagirdləri ilə bağçada gəzişərkən, şagirdlərdən biri onu çox düşüncəli görüb soruşur; Ustad, sən uzun bir həyat yaşamısan, müdriklərdən təlim almısan bəs nə üçün yenə də sizin üçün bu qədər anlaşılmaz məsələ qalıb? Buna cavab olaraq Aneksimen çəliyi ilə yerdə biri böyük, biri kiçik iki dairə çəkir və deyir: sənin bildiklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa məchulluqdur. Görün bu dairələrdən hansı daha çox məchulluqla təmasdadır? Dairə nə qədər böyükdürsə, məchulluğun sərhəddi də bir o qədər genişdir.
Deməli gələcəkdə nə qədər çox şey öyrənsən bir o qədər aydın olmayan məsələlər, suallar ortaya çıxacaq.
24 notes · View notes
aysafhar · 5 years
Text
"Qelbimden gelen ses mene cox sey oyredir. Hemin ses pak ve temiz insafimin sesidir ki, hamida o insaf var. Her kes hus-gus ile onun buyruguna qulag asib. Emrine emel elese, cox sirlerden agah olub, cox isler gore biler".
#Yunan filosofu - sokrat
18 notes · View notes
Photo
Tumblr media
"Bəşəri dəyərlər sırasında insan hüquqları qədər müqəddəs sayılan İlahi nemət yoxdur". Yunan filosofu Yustinian İnsan hüquqları “İnsan kimi yaşamağa” imkan verən vacib və hər birimizin təbiətinə, Allahın yaratdığı bioloji və sosial varlığın, yer üzünün zinətinin özgəninkiləşdirilməyən hüququdur. Yaşayırıqsa, deməli, buna hüququmuz var, hüquq və azadlıqlarımız yoxdursa, demək, yaşamırıq. Yaşamaq və onunla bağlı nə varsa, hüquqla yaranır. Ömür bitdikdən sonra özgəninkiləşməyən çoxsaylı hüquqlar fərdlə birlikdə dəfn olunur. İnsan hüquq və azadlıqları bəşəriyyətin “ümumi dili”dir. Hamı bu “dil” ilə danışa bilir. Harada olsaq, bu bəşəri dəyərləri yanımızda hiss edib, sərbəst dolanırıq. Xoşbəxt həyat, azad yaşamaq üçün hüquqlarımızı bilməsək, uğrunda mübarizə də apara bilmərik. İnsan hüquqları Tanrının xəlq etdiyi şüurlu varlığa məhəbbətin canlı təzahürüdür. Bu İlahi məhəbbətin önündə səcdəyə qapılmalıyıq ki, günahlarımız bağışlansın. Yer üzündə insanların bir-biriləri ilə təmasda olub danışmaq istəyi də anadangəlmə hüququdur. Hamımızın buna ehtiyacı və tələbatı var. Bu hal bizi digər canlılardan fərqləndirir. İnsanın həyat boyu bilik əldə edib, özünü ifadə etməyə və mənəvi boşluqlarını aradan qaldırmağa həmişə ehtiyacı olur. Kim bu əsas tələbatların təmin edilməsindən məhrumdursa və yaxud imkanları məhduddursa, insan ona layiq olmayan həyat tərzini keçirməyə vadar olur. Ona görə də dünyada məhrumiyyətlərdən müdafiə olunması üçün “insan hüquqları” terminindən istifadə edilir. Hüquqi yanaşma belə deməyə əsas verir ki, “tələb, ehtiyac” heç vaxt “hüquq və azadlıq”lar kimi dəyərə və gücə malik olmur. Belə formulə insan tələbatının və ehtiyacının yalnız hüquq çərçivəsində təmin olunmasına zəmanət verir. Bu, hər bir fərdin həm mənəvi, həm də hüquqi haqqıdır. 1948-ci ildə qəbul olunmuş "Ümumdünya insan hüquqları haqqında" Bəyannamədən başlayaraq, bu günə qədər insan hüquqlarının məcəllələşdirilməsi prosesi həm beynəlxalq, həm də milli səviyyədə təkmilləşdirilib və bu sahədə institusional mərhələ davam edir. Yarım əsrdən çox müddət ərzində bütün bəşəriyyətə bəlli olur ki, insan hüquq və azadlıqlarını təmin etmədən, demokratik, hüquqi dövlət qurmaq, cəmiyyətin inkişafına və https://www.instagram.com/p/CWVuirGtEXR/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
I Yunan filosofu Demokritin məşhur atom nəzəriyyəsindən sonra insanlar maddənin atom adlanan çox kiçik, parçalanmayan və məhv edilə bilməyən zərrəciklərdən təşkil olunduğuna inanırdılar. Ancaq elm və texnologiyadakı irəliləyişlər bu məlumatları təkzib etdi. Dövrümüzdə müasir elm maddənin ən kiçik vahidi hesab edilən atomun da zərrəciklərə bölündüyünü aşkar etmişdir. Hələ keçən əsrdə üzə çıxan bu həqiqət Quranda 1400 il əvvəl insanlara xəbər verilmişdir: ... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın. (Səba surəsi, 3) Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın kitabda olmasın. (Yunis surəsi, 61) Diqqət etsək, görərik ki, yuxarıdakı ayələrdə zərrədən və ondan daha kiçik hissələrdən bəhs edilir. Ərəb dilindəki “zərrə” sözü “ən kiçik zərrəcik, toz, atom” mənalarını verir. 20 il əvvəl atomları təşkil edən ən kiçik hissəciklər protonlar və neytronlar hesab edilirdi. Ancaq yaxın tarixdə atomun bu zərrəciklərini təşkil edən daha kiçik zərrəciklərin olduğu kəşf edildi. Atomun içindəki “subatom zərrəciklər” və onların özünəməxsus hərəkətlərini tədqiq etmək üçün “kvant fizikası” adlı fizika sahəsi meydana gəldi. Kvant fizikasının apardığı tədqiqatlar bu həqiqəti üzə çıxardı: atomu təşkil edən proton və neytronlar da “kvark” adlandırılan subatom zərrəciklərdən ibarətdirlər. İnsan ağlının qavrayış hüdudlarını aşacaq qədər kiçik protonu təşkil edən kvarkların ölçüsü isə heyrətamizdir: 10e-18 (0,000000000000000001) metr. . Bu mövzu ilə bağlı diqqətçəkən digər cəhət isə zərrə ilə bağlı bu ayələrdə xüsusilə ağırlığa diqqət çəkilməsidir. Ayədə işlədilmiş “misqalə zərrətin” (zərrə qədər, zərrə ağırlığında) ifadəsindəki “misqal” sözü “ağırlıq” deməkdir. Belə ki, atomun tərkib hissəsi olan proton, neytron və elektron kimi zərrəciklərin həm də atomun kütləsini təşkil edən birləşmələr olduğu kəşf edilmişdir. Bu baxımdan, zərrənin ölçülərinə və ya başqa xüsusiyyətinə deyil, ağırlığına diqqət çəkilməsi Quranın başqa bir elmi möcüzəsidir. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #atom #fizika #din https://www.instagram.com/p/CSrAZm0MgXG/?utm_medium=tumblr
0 notes
awesomeiskra · 5 years
Text
Sivilizasiya Azərilərdən başlanır
sufu – filosof batin alimi Firudin Gilar Bəg  tarixi darmadağın etdi Sivilizasiya Azərilərdən başlanır Qədim yunan filosofu Əflatun “Politik” əsərində yazır: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. (more…)
View On WordPress
0 notes
nesirov · 5 months
Text
Antinatalizm nədir?
Dünyaya uşaq gətirmənin mənasız olduğunu müdafiə edən fəlsəfi bir görüşdür. Tarix boyu bu görüşə sahib olan bir çox insan olmuşdur. Onlar arasından ən məşhurları, tanınmış Alman filosofu Arthur Schopenhauer və həyata qaranlıq yanaşması ilə diqqət çəkən, məhşur Ruminiyalı yazıçı Emil Cioran'dır. Aşağıdaki iki söz, bu iki insanın bu fəlsəfi görüşü müdafiə etməsini sübut edən faktlardır.
1) “ Uşaqlarıma buraxacağım ən böyük miras, onların heç bir zaman mövcud olmayacaq olmalarıdır. ” © Arthur Schopenhauer
2) “ Dünyaya gətirmək istəmədiyim uşaqlar mənə borclu olduqları xoşbəxtliyi bir bilsələr.” © Emil Cioran
Həmçinin deyilənə görə məşhur yunan filozofu olan Miletli Fales'də dünyaya heç bir zaman uşaq gətirməyənlərdən idi. Ondan bunun səbəbi soruşulduğunda isə, o yalnızca “ Çünki uşaqları sevirəm ” deyə cavab vermişdir.
52 notes · View notes
Photo
Tumblr media
Hüquqşünas: Əli İbrahimov İnsan taleyi ilə bağlı qərar vermək çox çətindir. Ulu öndər Heydər Əliyev bu gerçəklikdən çıxış edərək müdrikliklə deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda". Bu mənada, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, cəsur zabit, qorxmaz ruha malik olan cənab general Əli Nağıyev fəaliyyətinin necə ağır yük olduğunun fərqindədir. Lakin fitri işgüzarlıq bu ağırlığın öhdəsindən gəlməkdə, insan taleyində misilsiz rol oynayan, qərarın ədalətli seçimini tapmaqda ona daim yardımçı olur. Hər dəfə Dövlətimiz üçün göstərdiyi süçayətlərdə həyat təcrübəsi, bir də qanunların aliliyi müstəvisində düzgün qərar qəbul etməyə çalışan bir insan, daxilindən gələn səslə Dövlətinə və Xalqına xüsusi qayğı ilə xidmət edir. Ədalətli olmasını tərbiyəvi əhəmiyyətini yaxşı dərk edən cənab general, insan taleyi ilə bağlı son qərarı verəndə humanizm prinsiplərini əsas tutur. Xarakterindəki bu insanpərvərlik onun prinsipiallığına, qətiyyətinə əsla xələl gətirmir - haqqı, düzgünlüyü, obyektivliyi axtarır. Səmimi, mehriban, lakin eyni zamanda prinsipial və qətiyyətli insan kimi tanınan cənab general Əli Nağıyev peşəkar əməliyyatçı karyerasında qazandığı uğurların əsasında mənəvi təmizliyi, müntəzəm şəkildə üzərində işləməsi, qanunçuluğa və dövlətçiliyə sədaqəti durur. İnsan kimi alicənab, humanist xarakterə malik olan, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti ilə seçilən cənab general, DTX rəisi kürsüsündə, insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını tam sübuta yetirib. Böyük yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir. Uca Allah Dövlətinə, Vətəninə, Xalqına və Ali Baş Komandanına sadiq bir insan olan cənab general Əli Nağıyevə cətin və şərəfli peşəsində yardımcı olsun. https://www.instagram.com/p/B_mJwjfhzUg/?igshid=3u7q4ejnazdj
0 notes
Photo
Tumblr media
Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Antik yunan mütəfəkkiri Diogen bir dəfə günorta vaxtı əlində yanan çıraqla küçələri dolaşarkən, ətrafdakıların təəccüb və sual dolu baxışlarına cavab kimi “Əsl insan axtarıram”, – deyir. Xalqımız qədim zamanlardan daxilən zəngin, nəcib, xeyirxah və mərd insanları ilə qürur duyub, onları özünün milli sərvəti sayıb. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qoruyub, həyatda kişi kimi yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetiriblər. https://www.instagram.com/p/B-RRcaXDKQs/?igshid=1mvs5hgeg6m9w
0 notes